“Vüsal hicrandan acıymış” Xırdalan məktəbində təqdim olundu — Foto

Mayın 17-də Xırdalan şəhər 7 nömrəli orta məktəbdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı Çinarə Ömrayın təşəbbüsü və ssenari müəllifliyi ilə çəkilmiş ikinci Qarabağ şəhidi, baş leytenant Vüsal Kazımovun həyat və döyüş yolundan bəhs edən “Vüsal hicrandan acıymış” adlı sənədli filmi nümayiş olunub.
Sherg.az xəbər verir ki, müəllim və şagird kollektivin iştirakı ilə baş tutan tədbirdə məktəbin direktoru Yeganə Paşayeva çıxış edərək Qarabağ şəhidlərindən, eyni zamanda qələbəmizdən fəxrlə danışıb, söz açıb.

Daha sonra söz filmin ssenari müəllifi, yazıçı Çinarə Ömraya verilib. Çinarə Ömray öz növbəsində çıxış edərək filimin necə ərsəyə gəlməsindən, şəhid Vüsal Kazımovla bağlı xatirələrindən bəhs edib və bu filimin dostu qarşısında bir mənəvi borc, hesabat olduğunu vurğulayıb, eyni zamanda dəyər və diqqətə görə məktəb kollektivinə təşəkkürlərini bildirib.