Faktiki hava açıqlanıb

İyunun 7-si saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gözlənildiyi kimi ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-36, Naxçıvan MR-da 35, Aran rayonlarında 35-39, dağlıq rayonlarda 25-29, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək isti olub.