Bakıda bu küçələrdə təmir işlərinə başlanılacaq

8 və 10 iyun tarixlərində Bakıda bir neçə küçədə təmir işlərinə başlanılacaq.
Sherg.az xəbər verir ki, 8 iyun saat 10:00-dan etibarən Bakı şəhəri, Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək), 10 iyun saat 10:00-dan etibarən isə Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsində (Heydər Əliyev prospektindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunadək) təmirə start veriləcək.
Təmir müddətində sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.