Alimlərdən iddia: 10 yaş gənçləşirik

70 yaşı olanlar 60, 60 yaşı olanlar 50 yaşdakı güc və qüvvəyə sahibdirlər

Alimlər müasir dövrdə insanların 10 yaş cavanlaşdığı iddiasındadır.  Alimlərin araşdırmasına görə hazırda 70 yaşı olanlar 60, 60 yaşı olanlar 50 yaşdakı güc və qüvvəyə sahibdirlər. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, alimlər hazırda insanların əvvəlki nəsilərə nisbətən daha gənc göründüyünü və orqanizm etibarilə də daha cavan olduğunu müəyyən edib. Yəni, hazırda rəsmi qaydada 70 yaşlı insanın 60, 60 yaşlı insanınsa 50 yaşı var, deyilə bilər. Alimlər sübut edib ki indi insanlar 10 il daha gec qocalır, daha gec yaşlanır. Əslində, özünü gənc, cavan hiss edən və hiss etdirən insanlar hər zaman olub, bu gün də var. Lakin alimlər kiminsə özünü gənc hiss etməsinə deyil, elmi qaynaqlara, tədqiqatlara əsaslanaraq belə nəticəyə gəliblər. İngiltərənin “Daily Mail” qəzetində yer alan xəbərə görə, alimlər günümüzdə 70 yaşlı insanlarının fiziki və zehni baxımdan əvvəlki nəsillərlə müqayisədə daha gəns olduğunu müəyyən edib. Tədqiqatlara 60 yaşdan yuxarı 14 min 710 nəfər cəlb edilib, bu insanların piyada gəzintisi, qaçış, yuxu, qavrama qabiliyyəti, eşitmə, hissiyyat duyğusu, müvazinət saxlama bacarığı, fiziki sağlamlığı, hafizəsi, psixoloji durumu yoxlanılıb. Analizlər hazırda 70 və 60 yaşlı insanların fiziki sağlamlıq göstəriciləri baxımından faktiki yaşdan 10 il daha gənc olduqları reallığını üzə çıxarıb. Belə çıxır ki hazırda 70 yaşı olanlar əslində 60, 60 yaşı olanlarsa fiizki baxımdan 50 yaşındadır. Alimlər bunu insanın yaşlandıqca özünə daha artıq vaxt ayırması, sağlamlığına diqqət göstərməsi, zərərli qidalardan uzaq durmağa çalışmaları ilə izah ediblər. İnsan yaşlandılqca, nəyin faydalı, nəyin ziyanlı olduğunun fərqinə varır və belə yanaşma və yaşam tərzi onun daha tez yaşlanmasının qarşısını alır.