Cəlilabaddakı 2300 abonentə xoş xəbər

Cəlilabad rayonunda qazıntı aparılan zaman qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb.

Axar.az xəbər verir ki, Cəlilabad rayonu Günəşli qazpaylayıcı stansiyadan qidalanaraq Təzəkənd, Üçtəpə və Cəfərxanlı kəndlərini təchiz edən diametri 200 millimetr olan yeraltı qaz kəməri "SityNet"ə məxsus internet xətlərini çəkən podratçı tərəfindən qazıntı aparılarkən zədələnib.

Nəticədə 2300 abonentin qaz təhcizatı dayandırılıb.

Qəzanı aradan qaldırmaq istiqamətində işlər görülür.