Qəbilə toyu: 4 ölkədən yüzlərlə insan gəldi- Gəlinə 3 kilo qızıl, bəyə isə 4 milyon... 

Toyda İrandan, Rusiyadan, Azərbaycandan, İraqdan qonaqlar olub
 
Vanda keçirilən qəbilə  toyuna 4 ölkə və 4 şəhərdən yüzlərlə insan qatılıb. 1 ton ətin bişirildiyi toyda gəlinə 3 kilo qızıl, bəyə isə 4 milyon lirə verilib. 

Sherg.az xəbər verir ki, türk və kürd mahnılarının səsləndirildiyi toy halay rəqsləri ilə tamamlanıb.


Toydan sonra çıxış edən tayfa ağsaqqallarından Həsən Tonqa “Toyumuzda Antalya, Ankara, İstanbul və İzmirdən, İrandan, Rusiyadan, Azərbaycandan, İraqdan qonaqlar var. Belə gözəl toyda hamını bir yerdə görmək bizim üçün xoşdur. Unutduğumuz və ya dəvət edə bilmədiyimiz insanlar ola bilər. Hər kəsdən üzr istəyirik. Toyumuzda iştirak edən hər kəsə təşəkkür edirəm və bəylə gəlinə ömür boyu xoşbəxtlik arzulayıram”. deyə bildirib.

Toy mərasimi türk və kürt mahnılarının müşayiəti ilə halay rəqsi ilə başa çatıb.