Ayın sonun qədər dəhşətli istilər olacaq: Çölə çıxmayın!

İstanbul üçün isti hava xəbərdarlığı edilib. Havanın temperaturunun həftə ərzində 33-36 dərəcə isti olacağı gözlənilir. İnsanlardan günorta saatlarında zəruri hallar istisna olmaqla çölə çıxmamaq xahiş olunur.

Sherg.az xəbər verir ki, İstanbulda havanın temperaturunun iyulun 28-dək mövsüm normalarından 3-6 dərəcə yüksək olacağı gözlənilir.

Böyükşəhər Bələdiyyəsi Fəlakət İşləri İdarəsi (AKOM) xüsusilə saat 10.00-16.00 saatları arasında günəş altında çox vaxt keçirməmək və bol maye qəbul etmək barədə xəbərdarlıq edib.

Günorta saatlarında İstanbullulardan, xüsusilə yaşlılar, hamilə qadınlar, uşaqlar, astma və ürək çatışmazlığı kimi xəstəlikləri olanlardan günəşli mühitlərdə olmamaları istənilib.