Sonsuza qədər xoşbəxt olacaq bir əlaqəni kim istəməz. Hər kəs.
Sherg.az xəbər verir ki, türk mütəxəssislərə görə 4 ünsür, xoşbəxt bir münasibətin təməlini yaradır.
1 - Qarşılıqlı güvən
Güvən yalnız könül əlaqəsində deyil, hər cür əlaqədə çox əhəmiyyətlidir. Səninlə əl-ələ gedən adamla hər şeyini paylaşa bilməli, onun paylaşdıqlarını da mühakimə etmədən dinləyə bilməlisən. Sənə izah verməsinin səbəbi özünü yaxşı hiss etmək, ya da tövsiyə istəmək ola bilər. Tövsiyə verərkən öz doğrularını hökm etməyə çalışmamalısan.
2 - Qarşılıqlı dəstək
Dünya yaşanması asan bir yer deyil. Buna görə hamımız bəzilərinin, ya da bir şeylərin dəstəyinə ehtiyac duyarıq. Əgər həyatı boyu yanında olmasını istədiyin biri varsa, ona qeyd -şərtsiz dəstək olmalısan. Xəyallarını reallaşdıra bilməsi üçün əlindən gələni etməlisən.
3 - Şəffaflıq
Münasibətlərdə hər iki tərəf də hesab verməyi bacarmalıdır. Şəffaf olmaqda, məlumat verməkdə qorxu yoxdur. Təbii qarşındakının hesab verməsi davamlı "hesab soruşacağın" mənasına gəlmir. Anlayışlı olmaq gərəkir.
4 - Fiziki sevgi
Həyatını birlikdə keçirəcəyin insanın yalnız mənəvi olaraq deyil, fiziki olaraq da yanında olmalısan. Kədərli anında ona sarılacağını, yıxılsa onu qaldıracağını bilməlidir.
Yolunuz, bəxtiniz açıq olsun!