"Həyat kouçları" deyilən təbəqələrə də bir əl gəzdirmək lazımdır - RƏY
Yusif Nəzərli
09:01 02.03.2025
Cəmiyyət
784
Son vaxtlarda özünü həyat kouçu kimi təqdim edən insanların sayı artmaqdadır. Bəzi insanlar özlərini fərdi inkişaf mütəxəssisləri adlandıraraq bir sıra xəstəlikləri şüuraltı terapiya ilə müalicə etdiklərini söyləyirlər. Onlar şüuraltını təmizləyərək ağrıları sağaltdıqlarını iddia edirlər. Lakin onların əksəriyyətinin nə tibbi, nə də psixologiya təhsili var. Buna rəğmən xeyli sayda insan onların xidmətlərindən yararlanmağa can atır.
Bu mövzuda fikirlərini “Sherg.az”la bölüşən gənc fəal, araşdırmaçı Şəhla Cabbarlı hesab edir ki, saxta həkim və lisenziyasız kosmetoloqlardan sonra dietoloqlar və "həyat koçları" deyilən təbəqələrə də əl gəzdirmək lazımdır. Onun sözlərinə görə, 9-cu sinfi güc-bəla ilə bitirib, sosial şəbəkələrdə özünü “həyat koçu”, klinik psixoloq, şüuraltı terapist kimi təqdim edən şəxslər açıq-aşkar təlimlər keçirir, seanslar edirlər:
“Türkiyədə hansısa şarlatandan sertifikat almaq kiminsə həyatı ilə oynamağa əsas vermir. Araşdıranda, həmin koçların çoxunun həyatı travmalıdır. Onlar insanları necə şəfalandıracaqlar?
Yaxud dietoloq adı ilə sertifikatı olmayan kofe, çay, arıqladıcı dərmanlar və s. satışı edib, insanları aldadaraq xəstə salanlar, həmin məhsulları reklam edən şəxslər, şirkətlər cəzalandırılmalıdır.
Bir dəfə oxumuşdum ki, həmin çayların, dərmanların tərkibində narkotik əsaslar var və onlar insanlarda asılılıq yaradır.
Yadımdan çıxmamış "ruhsal koçları" da deyim; Onlar insanlara məsləhət görürlər ki, filan ritualı et, filan şamı yandır, filan duanı və s. İnsanlar araşdırmadan edirlər. Onların çoxu hansısa qara qüvvələrin ayinlərinin ayələridir. İnsanlara görünməyən qüvvələri müsəllat edirlər, sonra da dəliyə dönmüş həmin adamlardan müalicə adı ilə hər şeylərini əllərindən alırlar, özlərindən asılı hala salırlar. İnsanların canı ilə, ruhu ilə oynayırlar. Cahillik həmişə zərər gətirir. Ona görə də maariflənmək lazımdır.
Yaxınlarınızda belələrinə inanan insanlar varsa, çalışın uzaq tutun.
Bizim cəmiyyətimizə, ölkəmizin gələcəyinə sağlam bədənli, sağlam ruhlu insanlar lazımdır”.
Psixoloq Orxan Oruc isə “həyat koçu”, “yaşam koçluğu” kimi anlayışların bizə Türkiyədən gəldiyini deyib. Qardaş ölkədə bu sahənin çox məşhur olduğunu vurğulayan psixoloq qeyd edib ki, leksik mənası motivasiya terapiyasıdır:
“Bizim ölkəmizdə bu söz yenidir. Son vaxtlar çoxalmasının səbəblərindən biri cəmiyyətimizdə insanların kollektiv təfəkkürdən fərdiliyə keçməsi ilə bağlıdır. Çünki artıq hər kəs problemlərini özü həll etməyə çalışır, karyerasını, uğurunu, hansı yolla gedəcəyini özü müəyyənləşdirir. Bu məqamda kənar peşəkar xidmətlərə ehtiyac yaranır”. “Həyat koçu” ilə psixoloqun fərqli anlayışlar olduğunu qeyd edən O.Oruc bildirib ki, psixoloq bu sahə üzrə təhsil almış, psixikanın xüsusiyyətlərinə bələd olan, insanın hiss və duyğularını, psixi proseslərini başa düşən, elmi əsaslı məlumatlara yiyələnmiş bir şəxsdir: “Lakin “koç”un belə bir təhsili olmadığına görə onlar insanın hiss və emosiyalarının altında yatan mənalardan daha çox, ümumi prosesi qiymətləndirirlər. Çox təəssüf ki, ölkəmizdə “koç”lara nəzarət yoxdur, fəaliyyətlərinin qiymətləndirilməsi aparılmır. Qeyd edilən təklifin böyük həqiqət payı var. Düşünürəm ki,ən azı qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, cəmiyyət bu kimi xidmətlər təklif edən şəxsdən ilk növbədə psixologiya ilə bağlı təhsilin olub-olmamasını sorğulamalıdır. Təhsil deyəndə 1-2 aylıq, 3 günlük kurslar və sertifikatları nəzərdə tutmuram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:33 27.10.2026
Gündəm
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
15:31 27.10.2026
Dünya