
Paşinyan özündən əvvəlkilərin səhvlərini təkrarlayır - RƏY
Yusif Nəzərli
03:24 08.03.2025
Region
650
İndiki şəraitdə Ermənistanın daha çox atəşkəs rejiminə əməl etməsinə ehtiyac var
Ermənistan tərəfi bir müddət fasilədən sonra yenidən təxribata əl atdı. Ölkədə revanşistlərin aktivləşməsindən sonra erməni silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu. Əvvəlcə Gorus rayonu istiqamətində Ordumuzun mövqelərini atıcı silahlardan atəşə məruz qoydular. Ardınca Sədərək tərəfdə bölmələrimizə yaxın ərazidə məqsədli şəkildə güclü yanğın çıxardılar. Ermənistanın son günlərdə aşırı silahlanması da heç kimə sirr deyil. Ermənistan ümumdaxili məhsula nisbətdə hərbi xərcləri böyük olan ölkələr sırasında ilk yerlərdədir. 2025-ci il üçün Ermənistanın hərbi xərcləri 1.7 mlrd dollardan çox olması nəzərdə tutulub, bu isə ÜDM-in 5 faiz həcmindədir. Təhlillər göstərir ki, Ermənistanın hərbi xərcləri daha çoxdur. 2024-cü ilin iyunun 17-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı tərəflər 36 ədəd “SEZAR” özüyeriyən artilleriya kompleksinin alınmasına dair müqavilə imzalayıblar. Bu sistemlərin hər birinin qiyməti 5,5 milyon avrodur. İrəvan bu sistemlər üçün 36 artilleriya sistemi və 155 mm-lik mərmi əldə edərək nə az, nə çox, 200 milyon avro xərcləyib. Fransanın Ermənistanla gələcəkdə “Mistral” qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı müqavilə imzaladığını nəzərə alsaq, arasında silahların alınması ilə bağlı müqavilələr 400 milyon avrodan artıq olacağını söyləyə bilərik. Ekspertlərə görə, məhz bu sürətli silahlanma regionda sülhə əsas təhdid olmaqla yanaşı, bu cür təxribatlara da rəvac verir.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanla sərhədlərimizdə atəşkəsin qismən pozulması təxribat xarakterlidir. Ekspertin sözlərinə görə, Paşinyan hakimiyyəti özündən əvvəlki erməni rəhbərlərinin səhvlərini təkrar edir:

"İndiki şəraitdə Ermənistana hər kəsdən daha çox atəşkəs rejiminə əməl etməsinə ehtiyac var. Dünyada ciddi proseslər gedir. Rusiyanın Ukraynaya təcavüzü 4-cü ildir davam edir və bu qarşıduma Avropa-ABŞ və Avropa-Rusiya qarşıdurması formatına keçid edir. Okeanın o tayında, Kanada da bu proseslərdən kənar qalmadı. Bir zamanlar Avropa tərəfindən kənarda saxlanılan Türkiyə artıq yeni statusdadır. Bu gün Avropanın da, ABŞ-nin də Türkiyəyə ehtiyacı hər zamankından dəfələrlə çoxdur. Putinin nüvə təhdidlərinə qarşı Fransa prezidentinin analoji cavabı vəziyyətin gərgin olduğunun göstəricisidir. Bu gərginlik tezliklə sönməyəcək. Ona görə də indiki şəraitdə Ermənistanın atəşkəsi pozmaq cəhdləri onlar üçün arzuolunmaz nəticə ilə bitə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə