
Zənginlərə çağırış: Pullarımı geri verin!
Yusif Nəzərli
12:49 28.03.2025
Dünya
471
ABŞ prezidenti Donald Tramp Amerikanın aparıcı nəşrlərindən biri olan “Politico” jurnalının hökumətdən aldığı iddia edilən 8 milyon dollarlıq fondun ən qısa zamanda geri alınmasını tələb edib.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp "Truth" sosial hesabındakı paylaşımında Hökumətin Səmərəliliyi Departamentini (DOGE) məsələ ilə bağlı tədbir görməyə çağırıb.
Tramp paylaşımında "Radikal sol "Politico" jurnalına hökumətimiz tərəfindən verilən 8 milyon dollar necə oldu? Zəngin adamlara məxsus olan bu pullar ən qısa zamanda DOGE tərəfindən geri alınmalıdır" deyə bildirib.

Tramp həmçinin ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin Administratoru Li Zeldinin istixana qazlarının tullantılarını azaltmaq üçün çalışan qruplar koalisiyasına nahaq yerə 2 milyard dollar verdiyinə dair iddialara toxunub və Demokratlar Partiyasının 2018-ci ildə Corciya qubernatorluğuna namizədi Steysi Abramsın da daxil olduğu ətraf mühit layihəsinə verilən maliyyənin geri qaytarılmasını tələb edib.
Tramp yanvarın 20-də vəzifəyə başladıqdan dərhal sonra xarici yardım haqqında sərəncam imzalayıb. Fərmanda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və agentliklərin xarici ölkələrə ödənişlərini kəsəcəyi və proqramın ABŞ xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün 90 günlük yoxlama müddətinin başladığı qeyd edilib.
ABŞ Dövlət Departamenti də yanvarın 27-də Departament və USAİD tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.
DOGE-nin rəhbəri İlon Mask, USAİD menecerləri ilə bağlı problemlərə görə işçilərin "inzibati məzuniyyətə" verildiyini açıqlayıb. Agentliyin sosial media hesabları da bağlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol