
Politoloq: Makron Əliyevin avtoritetini tanıdı
Yusif Nəzərli
09:30 17.05.2025
Cəmiyyət
542
Fransa lideri geri çəkildi, artıq sülhə ümid bağladı
"Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşaraq görüşüb. Fransa prezidenti tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına inandığını bildirib və bu yöndə dəstəyini ifadə edib. Vurğulayıb ki, Fransa Azərbaycanla Ermənistanın sülhün əldə edilməsi və sülh sazişinin imzalanması yönündə səylərini dəstəkləyir.
Politoloq Azər Qasımov Sherg.az-a deyib ki, Albaniyada keçirilən Zirvə toplantısında yayımlanan görüntü ilk növbədə Azərbaycanın siyasi iradəsinin nümayişi idi. Ekspertə görə, hətta Fransa Prezidenti Emmanuel Makron da bu iradənin qarşısında aciz olduğunu isbatladı:

"Makron Azərbaycan lideri İlham Əliyevin siyasi fiqur kimi avtoritetinin qarşısında geri çəkildiyini göstərdi. Fransa rəhbəri Azərbaycanla qarşıdurmanın mənasız olduğunu qəbul etdi. Azərbaycan Prezidenti də böyüklük edib Makronu pərt etmədi. Baş verənlər təbii ki, dünya liderlərinin və ictimaiyyətinin qarşısında yaşandı. Hər kəs Azərbaycanla Fransa arasında məlum gərginlikdən xəbərdar idi. İndi onlar kimin mövqeyinin daha güclü olduğunu gördülər. Hesab edirəm ki, bu hadisədən sonra Fransa sırf Ermənistanla əlaqələrə görə Azərbaycana qarşı yürütdüyü yanlış siyasətini dəyişəcək. Rəsmi Paris Azərbaycanla konstruktiv münasibət yolunu tutacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Naxçıvan reysləri ləğv edilib
23:18 18.06.2026
İnfrastruktur
Xamenei əvvəlcə ABŞ ilə danışıqların əleyhinə olduğunu açıqlayıb
22:57 18.06.2026
Dünya
Neymar Haiti ilə oyunu buraxacaq
22:36 18.06.2026
Futbol
Putinin köməkçisi: Türkiyə platforma təmin etməyə hazırdır!
22:20 18.06.2026
Aktual
ABŞ İranın raket gücünü məhdudlaşdırmaq istəyir
21:30 18.06.2026
Dünya
Vens: ABŞ İranla razılaşmadan sonra hərbi qüvvələri geri çəkəcək
20:47 18.06.2026
Dünya
Pezeşkian Qətər Əmirinə təşəkkür edib
20:22 18.06.2026
Gündəm
ABŞ İranla bağlı dəniz blokadasını faktiki olaraq ləğv edib
20:11 18.06.2026
Gündəm
İrandan Ermənistanla bağlı sərt açıqlama yayıldı
20:00 18.06.2026
Region
Netanyahu: İsrail qoşunları hələlik Cənubi Livandan çıxmayacaq
19:50 18.06.2026
Dünya
Sosial media, yoxsa valideyn nəzarəti?
19:34 18.06.2026
Texnologiya
Şahbaz Şərifin İsveçrə səfəri ləğv edildi
19:20 18.06.2026
Dünya
Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçirilir
19:13 18.06.2026
Gündəm
Ukrayna ilə bağlı danışıqların vaxtıdır - Vadeful
18:18 18.06.2026
Dünya
Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb
18:08 18.06.2026
Hadisə