Hökməlinin bir hissəsində təbii qazın verilişi dayandırılıb

Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Bu barədə "Sherg.az"a "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, təbii qazdan qeyri-qanuni istifadə etmək məqsədilə qaz kəmərlərinə qoşulan xətlərin ləğv edilməsi ilə bağlı Abşeron rayonu, Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.