5 saylı Şəhər Klinik Xəstəxanasından niyə şikayət edirlər? - AÇIQLAMA
Yusif Nəzərli
11:10 03.02.2023
Cəmiyyət
544
Bakının 5 saylı Şəhər Klinik Xəstəxanasında lentə alınan videogörüntülər müzakirələrə səbəb olub.
Vətəndaş tərəfindən çəkilən görüntülərdə xəstəxananın qeydiyyat şöbəsindəki izdiham əks edilib.
Belə ki, xəstəxanada pasiyentlərin qeydiyyat şöbəsində həddən artıq uzun müddət qalması qınanılıb. Xəstəxanaya gələn pasiyentlərin hər birinin səhhətində müxtəlif problemlərin olduğunu nəzərə alsaq, heç kim bu qədər müddət ayaq üstə dayanıb növbə gözləyə bilmir. Belə uzun növbəyə səbəb isə qeydiyyat şöbəsində işçilərin sayının azlığıdır, bunla bağlı heç bir tədbir görülmür.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda ixtisaslı həkimlərə müraciət sayında kəskin artım müşahidə olunur:
“Vətəndaşların xidmətlərə əlçatanlığını təmin etmək üçün onlar birbaşa ixtisaslı həkimə müraciət edə bilirlər. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur. Bunu tənzimləmək üçün gələcəkdə randevu, onlayn şəkildə qeydiyyat sisteminin yaradılması müzakirə olunur”.
Məlumatda o da qeyd edilib ki, vətəndaşların birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, həmçinin növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda da ola bilərlər:
“Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə yönləndirəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına qənaət edəcək. Ailə həkiminin təyinatı olmadan xəstə sağlamlıq vəziyyətini düzgün qiymətləndirməyə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya
Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
18:10 27.10.2026
Gündəm
İnternetin qiyməti yenə qalxır?
18:07 27.10.2026
Aktual
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
17:51 27.10.2026
Hadisə
Dövriyyədə olan nağd pulun həcmi 12 faizə yaxın artıb
17:09 27.10.2026
İqtisadiyyat
Türkiyə NATO-ya güzəştə getmədi - Montrö qərarının pərdəarxası
17:05 27.10.2026
Region
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
16:58 27.10.2026
Gündəm
Pəhləvi: Plan hazırdır, İran rejimini devirmək üçün fürsət yaranıb
16:46 27.10.2026
Gündəm
Köhnəlməyən səs yaddaşımız - AZƏRBAYCAN RADİOSU-100
16:15 27.10.2026
Media
Pezeşkian Moskvada səfərdədir
16:07 27.10.2026
Dünya
Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır
16:06 27.10.2026
Mədəniyyət