97 sərnişin öldü, təkcə o sağ qaldı


Zəfər Məsudu təyyarədə kreslosunu dəyişməsi xilas edib

Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində faciəli şəkildə həyatlarını itirmiş 97 sərnişindən sağ qalan yeganə insan – Zəfər Məsud bu möcüzə qurtuluş barədə danışıb. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, faciəli təyyarə qəzası ötən ilin may ayında baş vermişdi. Həmin vaxt təyyarə salonunda olan Zəfər Məsudun sağ qalması isə ancaq möcüzə adlandırıla bilər. Zəfər Məsud “Pəncab” bankının başqanıdır. Z.Məsud “Telegraph”a verdiyi açıqlamasında deyib ki, təyyarə biletində onun yeri pəncərə tərəfdəki oturacaq idi. Lakin təyyarə yerdən qalxdıqdan sonra Zəfər özünü pis hiss edib və yerini dəyişdirmək qərarına gəlib və dəhlizdəki kreslolardan birində əyləşib. Az sonra təyyarə dumana düşüb. Yüksək sürətlə dumandan keçən təyyarə bir anda eniş etməyə başlayıb. Bu zaman iki motoru sıradan çıxıb. Hava limanı üzərində 2-3 dəfə fırlanan təyyarə 2 binanı dağıdaraq yerə çırpılıb. Təyyarədəki 99 sərnişindən 97-si həlak olub. Sağ qalanlardan biri də Zəfər Məsuddur. Zəfər Məsud deyib ki, sağ qaldığı üçün son anda dəyişdirdiyi kresloya minnətdardır. Z.Məsud həmin müdhiş təyyarə qəzasından sonra uçuş güvənliyi ilə bağlı heç bir iş görülməməsinin sərnişinlərin həyatlarına böyük təhlükə olduğunu da deyib.