Amandı, uşaqları uzaq tutun! -Təkcə siçan dərmanı deyil...
Yusif Nəzərli
17:19 12.11.2022
Cəmiyyət
4183
...təzyiq, şəkər dərmanlarını içib zəhərlənən o qədər uşaqlar olur ki...
Pediatr: " Təkrar-təkrar deyirəm, azyaşlı uşağı olan hər bir ana bu kimi xırdalıqları fikirləşməlidir. Təkcə böyüklərin yox, uşaqların özlərinə aid olan dərmanları da evin ən hündür yerində saxlamaq lazımdır"
İki gün əvvəl Sabunçu rayonunun Ramana qəsəbəsində 5 və 2 yaşlı iki uşaq siçan dərmanından zəhərləniblər. Qardaşlar xəstəxanaya çatdırılsa da vəfat ediblər.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Həmin uşaqlar siçan dərmanını “Jelibon” bilərək yeyiblər və yerə yıxılıblar. Şahidlərin sözlərinə görə, ailənin iki uşaqdan başqa övladları olmayıb. Ev yiyəsi həmin dərmanı siçanları məhv etmək üçün istifadə edirmiş.
Faciəvi şəkildə ölən uşaqların babası Akif Pirəliyev ARB kanalına müsahibəsində bildirib ki, 2 yaşlı Onur və 5 yaşlı Akif bir neçə dəqiqə ərzində zəhərlənərək vəfat ediblər: “Hadisə noyabrın 8-də, axşam saat 7 radələrində baş verib. Mən və uşaqların atası işdə olmuşuq, nənəsi qonaqlıqda olub. Uşaqlar və anası evdə olub. Hadisə də uşaqların anası bir stəkan çay içəndə baş verib. Mətbəxdə oynayarkən siyirmədə siçan zəhərini marmelad bilib yeyiblər. Bundan sonra uşaqlara yuxu gəlib və analarına yatmaq istədiklərini deyiblər. Gəlinim də onları yataq otağına apararaq yerlərinə uzandırıb. Təxminən 15 dəqiqə sonra yataq otağına qayıtdıqda uşaqlardan birinin ağzından köpük, o birinin ağzından qan gəldiyini görüb. İkisinin də bədəni artıq soyuyubmuş, çölə çıxıb haray salıb, uşaqları xəstəxanaya çatdırsalar da, artıq vəfat etdikləri məlum olub”.
Mütəxəssislərin fikrincə, tablet şəklində konfetlər, “jelibon”a bənzəyən şirin, dadlı vitaminləri uşaqlara vermək təhlükəlidir. Çünki bu sonradan onlara zərərli digər dərmanları dadlı sayaraq yemələrinə və sonda da faciələrə səbəb olur. Validenlər mütləq evdəki dərmanları, yeyilə, udula biləcək bütün zərərli vasitələri uşaqların əlləri çaytmayan yerlərə qoymalıdır. Xüsusən də tək dozada uşağa ölümcül ola biləcək təzyiq dərmanı, şəkər dərmanı, psixotrop dərmanları, xlorlu su, sirkə, çamaşır sularını uşaqlardan uzaq tutmaq lazımdır.
Pediatr Vaqif Qarayevin “Şərq”ə açıqlamasına görə, siçan dərmanı həddindən artıq ağır toksiki təsirə malik zəhərdir. Qısa müddətdə öldürücü təsiri var. Çox az dozada qəbul edildikdə və vaxtında müdaxilə olunduqda xilas varianti mümkündür: “Amma körpələrin orqanizmi zəif olduğu üçün az dozada belə qəbulu bütün daxili orqanları parçalayır. Ümumiyyətlə, siçan dərmanı orqanizmə daxil olan kimi zədələmədiyi orqan qalmır, ən çox da qanı zəhərləyir. Anında tibbi yardım göstərilsə, sağalma ehtimalı da var. Amma konkret hadisədən danışsaq, bu uşaqlar yaşadığı qəsəbədən Toksiki mərkəzə gətirilənə qədər zəhər orda öz işini görəcəkdi. Hətta belə hallarda təsadüf nəticəsində sağ qalan insanlarda müəyyən fəsadlar qalır. Azyaşlı uşaqlar çevrələrində olan hər bir şeyi oyuncaq hesab edirlər. Dərmanlar, eləcə də digər kimyəvi və zərərli məhsullar da buraya daxildir. Uşaqları zərərli vasitələrdən uzaq tutmaq üçün maksimum onlara nəzarət və diqqət edilməlidir. Hər nə qədər dərmanları uşaqların əllərinin çata bilmədiyi yerdə saxlasaq da, diqqət və nəzarət çox önəmlidir. Parfümeriya məmulatları, ayaqqabı kremi, müxtəlif batareyalar, gündəlik qəbul edilən dərmanlar, toksiki tərkibli mayelər və s. uşaqlardan uzaq olmalıdır! Xüsusən də körpəsi olan ailə bu kimi xırdalıqlara fikir verməlidir. Nənə-babasının təzyiq, şəkər dərmanlarını içib zəhərlənən o qədər uşaqlar olur ki. Onlar dərmanın nə demək olduğunu bilmədiyi üçün harda tapsalar ovuclarına doldurub içirlər.
Təkrar-təkrar deyirəm, azyaşlı uşağı olan hər bir ana bu kimi xırdalıqları fikirləşməlidir. Təkcə böyüklərin yox, uşaqların özlərinə aid olan dərmanları da evin ən hündür yerində saxlamaq lazımdır. Çünki dərman preparatları özü müəyyən dozada zəhərdir, müəyyən dozada dərman vasitəsidir. Bəzən uşaq səhvən normadan çox dərman içə bilir və bu zaman zəhərlənmə hadisəsi baş verir. Uşaqlar riskləri düzgün qiymətləndirə bilmirlər. Onlar dərmanların əlvan rənglərinə, parlaq olmasına maraq göstərirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm