Aqil Abbas Ağdamdan Qurbanova səsləndi: “Altı ay futbol oynamaya-oynamaya...”
Banuçiçək Kalbalıyeva
15:08 19.08.2020
Cəmiyyət
696
“Makedoniyanın çempionuna qalib gəlirsə, deməli, “Qarabağ” ən xoş sözlərə, ən isti təbriklərə layiqdir”
“Özü də nəzərə almaq lazımdır ki, Makedoniya futbol ölkəsidir”
Dünən, bəlkə də, ilk dəfə olaraq hansısa futbol matçı azarkeşsiz keçirilib. Belə ki, Ağdamın “Qarabağ” komandası qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqası çərçivəsində Şimali Makedoniyanın “Sileks” komandasını qəbul edib. Görüş Tofiq Bəhrəmav adına Respublika Stadionunda baş tutub.
Koronavirus pandemiyası ilə əlaqədər tribunaların boş olması futbolçularımızı ruhdan sala bilməyib. Əksinə, Qurban Qurbanovun yetirmələri ekran qarşısında əyləşən milyonlarla azərbaycanlının dualarını, alqışlarını sanki eşidirlərmiş.
“Qarabağ”ın rəqibini 4:0 hesabı ilə məğlub etməsi bütün soydaşlarımızı, o cümlədən deputat, futbol azarkeşi Aqil Abbası da çox sevindirib. O, keçirdiyi hissləri “Sherg.az”la bölüşüb:
“Mən indi Ağdamdayam. Dünən bütün kənd camaatı ilə birlikdə futbolu izlədik.
“Qarabağ”ın bu qələbəsinə hər kəs çox sevindi. Əgər altı ay futbol oynamaya-oynamaya, Makedoniyanın çempionuna qalib gəlirsə, deməli, “Qarabağ” ən xoş sözlərə, ən isti təbriklərə layiqdir.
Özü də nəzərə almaq lazımdır ki, Makedoniya futbol ölkəsidir. Bizə bu sevinci yaşatdığına görə, baş məşqçi Qurban Qurbanova, Maksim Vedvedevə, Qara Qarayevə, onların timsalında bütün oyunçulara və xüsusilə ən çətin vaxtda “Qarabağ”a rəhbərlik etmiş Həsən İsayevə minnətdarlığımı bildirirəm. Bu qələbələrin davamlı olacağına əminəm. “Qarabağ”ın qrup mərhələsinə düşəcəyini bilirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya