Aqşin Fatehlə şəriki arasında dava - Xəsarət alan var, cinayət işi açıldı
Yusif Nəzərli
11:46 28.04.2022
Cəmiyyət
468
Tanınmış meyxanaçı Aqşin Fatehlə şəriki arasında dava düşüb, xəsarət alan var.
Bakupost.az xəbər verir ki, hadisə A.Fatehin işlətdiyi “ByFateh1” restoranında baş verib.
Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.
Məlumata görə, A.Fatehlə F.Alıyev 8 ay əvvəl şərik restoran açıblar, amma bir neçə ay sonra şəriklər arasında problemlər yaranıb.
Aprelin əvvəlindən F.Alıyev A.Fatehi restorana buraxdırmayıb və onlar arasında mübahisə yaranıb, şəriklik müqaviləsinə xitam verilib.
Aprelin 17-də isə A.Fateh bir neçə nəfərlə restoranda olan əşyalarını, özünə məxsus bəzi texnikalarını götürmək üçün oraya gedib.
Bu vaxt tərəflər arasında dava düşüb. Restoranı işlədənlər “102” xidmətinə və Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət ediblər.
Onlar iddia ediblər ki, A.Fateh kriminal qruplaşmanın bir neçə üzvü ilə restorana hücum çəkib, əllərində bıçaqla onları hədələyiblər, zor tətbiq ediblər. Bu zaman restoranda gül satan qız zədələnib.
Qarşı tərəf bunun böhtan olduğunu, onlara məxsus əşyaları mənimsəmək üçün və qisas məqsədi ilə belə bir şikayət verildiyini bildirib.
Məsələ ilə bağlı 6-cı Polis Bölməsi şikayətçilərin iddialarının əsassız olmasını, heç bir sübut olmadığını əsas gətirərək şikayəti rədd edib.
Lakin şikayətçilər Binəqədi Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) şikayət ediblər.
Bundan sonra Binəqədi Polis İdarəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İranın 3 neft tankerini vurdu
20:00 05.09.2026
Gündəm
Enzo Fernandes "Mançester Siti"də debüt etdi
19:04 05.09.2026
Futbol
Lavrov: Ukraynadakı rusdilli vətəndaşlar üçün hər şeyi edirik
18:46 05.09.2026
Dünya
Çempionlar liqasından sükuta: “Qarabağ” niyə büdrədi?
18:26 05.09.2026
Futbol
Bakıda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
18:04 05.09.2026
Hadisə
Çin liderinin Məsud Pezeşkiana soyuq münasibətinin səbəbi
18:02 05.09.2026
Dünya
İranda dollar kəskin bahalaşdı
17:58 05.09.2026
Region
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
17:51 05.09.2026
Hadisə
İrandan qisas mesajı: Xameneinin qanı yerdə qalmayacaq
17:34 05.09.2026
Region
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı