Aygün Əliyeva: Azərbaycanda QHT-lərin 39 faizi qadınlar tərəfindən idarə olunur
Yusif Sultanoğlu
06:58 21.11.2023
Cəmiyyət
524
Bu gün Özbəkistanda qadın və kişilərin səlahiyyət və hüquqlarının bərabər təminatı üçün addımlar atılır, islahatlar aparılır.
APA xəbər verir ki, bunu "Qadınlar: Parlaq gələcəyə aparan yol" mövzusunda panel müzakirəsində Özbəkistan Baş nazirinin müavini, Ailə Qadın Komitəsinin sədri Züleyxa Məhəmova çıxışında deyib.
O bildirib ki, ölkədə millət vəkillərinin 33 faizi, siyasi partiya üzvlərinin 46 faizi qadınlardır: “İctimai-siyasi həyatda, ciddi qərarların qəbulunda qadınların rolu danılmazdır. Biznes sektorunda qərarvermə prosesində qadınların rolu artır”.
O, ölkədə müxtəlif yüksək vəzifələrdə qadınların çalışdığını qeyd edərək buna nümunələr çəkib.
Baş nazirin müavini bildirib ki, ötən illərlə müqayisədə bu rəqəmlər artıb.
O deyib ki, qadınların müxtəlif sahələrə idarəçilik postlarında çalışması üçün hökumət müxtəlif layihələr həyata keçirir.
"Müxtəlif nazirliklərdə, dövlət agentliklərində qadınlar yüksək vəzifələrdə çalışır. Xoşbəxt qadın xoşbəxt cəmiyyət deməkdir və bizlər bu istiqamətdə çalışmalıyıq", - sədr deyib.
Uqandanın əmək və sosial inkişaf naziri Betti Amongi Ongom çıxışında bildirib ki, parlaq gələcək üçün qadınların rolundan danışırıqsa, qadınların statusunu və hüquqlarını tanımalıyıq.
Uqandalı nazir qadın və kişilərin bərabər hüquqlarının təşviqi üçün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər barədə məlumat verib. O, qadın haqları aktivistlərinin gördükləri işlərin vacibliyini qeyd edərək bunun cəmiyyəti ilhamlandırdığını deyib.
"Biz əlimizdə olan imkan və gücdən qadınların hüquqları, gender bərabərliyinin təşviqi, onlara bərabər imkanların təminatı üçünü istifadə etməliyik. Qadınların təməl hüquqlarının təminatı üçün dövlət institutları bizə dəstək verməlidir. Qadınlar parlaq gələcəyə aparan qüvvədir, biz qadınların, qızların hüquqlarını, təhsilə çıxışlarını təmin etməliyik, onların iqtisadi azadlığı uğrunda çalışmalıyıq. Qızların təhsili prioritetləşdirilməlidir. Uqandada qızların 1.5 faizi universitetlərə girir, biz bu rəqəmi artırmalıyıq. Texniki sahələrdə qadınların təmsilçiliyi 48 faizdir, Baş nazir, vitse-prezident qadınlardır, yerli özünüidarəetmedə qadınların təmsilçiliyi 48 faiz, parlamentdə qadın təmsilçiliyi 43 faizdir.
Gəlin səlahiyyət və gücümüzdən istifadə edərək siyasi strukturda dəyişiklik yaradaq ki, qızlarımızın gələcəyi parlaq olsun".
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycanda QHT-lərin 39 faizi qadınlar tərəfindən idarə olunur. O, Agentliyin dəstəklədiyi layihələr barədə məlumat verib.
Fransa kolonializminə qarşı Bakı Təşəbbüs Qrupunun üzvü Ella Tokoragi paneldə çıxışında deyib ki, qadınların hüquqları əsrlə ərzində ələ salınıb, onlara hörmət edilməyib amma bu gün qadınlar öz hüquqları uğurunda mübarizə aparır.
O deyib ki, qadınların səhiyyə xidmətlərinə əlçatımlılığı təmin olunmalıdır.
"Pandemiya bizim ölkəmizdə çox pis idarə olundu, 260 min əhalisi olan ölkədə böhran yarandı. Fransanın bizim ərazilərimizdə öz məqsədləri üçün bomba sınaqları həyata keçirməsi insanlarımızın sağlamlığına pis təsir edib, onlar arasında xərçəng xəstəliyi yayılıb".
O, ölkəsində qadınların iqtisadi problemlərinin artdığını deyib. Ella Tokoragi bildirib ki, qadınların dəstəklənməsi üçün iqtisadi resurslar təmin olunmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya