Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb
Yusif Nəzərli
11:08 15.09.2022
Cəmiyyət
355
Fransadakı Azərbaycan icması Ermənistanın Azərbaycanla sərhəddə təxribatı ilə bağlı Fransa ictimaiyyətinə və hökumətinə müraciət ünvanlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, Paris Azərbaycan Evinin yaydığı sənəddə icma Ermənistanın Azərbaycana qarşı təxribatını pisləyir, buna son qoymaq üçün beynəlxalq ictimaiyyəti, habelə Fransa hökumətini müvafiq tədbirlər görməyə çağırır.
“Artıq ilk dəfə deyil ki, Ermənistan sülhün yaranmasına müxalif bəhanələrlə mane olur, bu məqsədlə hərbi təxribatlara əl atır, ikitərəfli razılaşmanın şərtlərini pozaraq silahlılarını Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, Azərbaycan ərazilərini minalamaqda davam edir”, - müraciətdə bildirilir.
Sənəddə qeyd olunub ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirmək məcburiyyətində qalıb:
“Hərbi hədəflərə qarşı cavab tədbirləri həyata keçirməkdə Azərbaycanın məqsədi yenidənqurma işləri çərçivəsində sərhədə yaxın bölgələrdə aparılan tikintidə çalışan işçilərin təhlükəsizliyini qorumaq və Ermənistanın təcavüzünə son qoymaqdır. Ermənistan rəhbərliyi təxribat, qarşıdurma və itkilərə görə tam məsuliyyət daşıyır”.
Müraciətdə vurğulanır ki, Ermənistanın həyata keçirdiyi təxribat münasibətlərin normallaşması və sülh prosesinə zərbə vurur:
“Ermənistanın təcavüzkar hücumlarına baxmayaraq, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və quruculuq işləri aparır. Bu, bir daha göstərir ki, Ermənistan sülh prosesinə hər cür maneçilik törədir. Biz bütün beynəlxalq təşkilatları və qurumları Ermənistanı qisasçılıq ideyalarından əl çəkməyə və sülhə sövq etmək səylərini gücləndirməklə yanaşı, bu cür hücumların qarşısını almaq üçün ciddi tədbirlər görməyə çağırırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media