Azərbaycanda atalara ödənişli məzuniyyət veriləcək
Yusif Nəzərli
11:01 27.01.2022
Cəmiyyət
931
“Yəni uşağın anadan olmasından sonra 3 il müddətində istifadə oluna bilən qismən ödənişli sosial məzuniyyətdən ata və ya ailənin digər üzvü də istifadə edə bilər”
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masada çıxış edib.O bildirib ki, hazırda ölkədə gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra işlər aparılır :“Bu sırada 169 maddəyə dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” irihəcmli qanun layihəsinin hazırlandığını qeyd etmək mümkündür.
Sözügedən qanun layihəsinin bir elementi də atalıq məzuniyyəti ilə bağlıdır”. A.Kərimova görə, bu məsələyə mövcud reallıqları nəzər alıb baxmaq lazımdır: “Əmək Məcəlləsi imkan verir ki, bacı-qardaş, baba-nəvə övladların tərbiyəsində iştirak etsinlər. Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq”.
Hüquq müdafiəçisi Sahib Məmmədov atalıq məzuniyyəti ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, Əmək Məcəlləsində atanın və ya ailənin digər üzvünün qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə hüququ var:
“Yəni uşağın anadan olmasından sonra 3 il müddətində istifadə oluna bilən qismən ödənişli sosial məzuniyyətdən ata və ya ailənin digər üzvü də istifadə edə bilər. Bu o halda zəruri olur ki, ana uşağın atasına nisbətdə daha çox əmək haqqı alır. O ailənin əsas qazanc gətirəni olduğu üçün hamiləliyə və doğuşa görə məzuniyyət hüququ başa çatdıqdan sonra ya özü, ya ata, ya da ailənin digər üzvü qismən ödənişli məzuniyyətdən istifadə edə bilir. Qismən ödənilən vəsait Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına verilir. Digər halda doğuş nəticəsində ana vəfat etdikdə, tam ödənişli (hamiləliyə və doğuşa görə) ,məzuniyyətin ikinci hissəsindən ata istifadə edə bilər”.
S.Məmmədov ƏƏSMN Əmək Məcəlləsinin 169 maddəsinə yenidən əlavə və dəyişikliklərlə bağlı hazırladığı layihəyə diqqət çəkib:
“Nazir müavininin “Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq” fikirini heç cür şərh edə bilmirəm. Yəni nə? Hansı məzuniyyətdən, hamiləliyə və doğuşa görə nəzərdə tutulan 126 günlük (müyyən halda daha çox) məzuniyyətdən başqa hansı halda tam ödənişli sosial məzuniyyət növü var ki? ƏM 127-ci maddəsinə görə "Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər". Amma bu halda tam ödənişli məzuniyyətdən söhbət getmir”. Hüquq müdafiəçisinin fikrincə, nazirlik yeni layihə ilə bağlı ictimaiyyəti daha geniş məlumatlandırmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə