Azərbaycanda nikaha daxilolma yaşı rekord həddə çatıb

Azərbaycanda nikaha daxil olan şəxslərin orta yaşı açıqlanıb.

Sherg.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin BAKU.WS-in sorğusuna cavab olaraq təqdim etdiyi məlumata görə, 2025-ci ildə kişilərin nikaha daxil olduğu orta yaş 30,1, qadınlarda isə 25,1 olub.

Müqayisə üçün, 2021-ci ildə bu göstərici kişilər üzrə 29,7, qadınlar üzrə 24,9 yaş təşkil edib. Beləliklə, son beş ildə kişilərin nikaha daxilolma yaşı 0,4, qadınların isə 0,2 yaş artıb.

2025-ci ildə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28,7, qadınların isə 24,1 olub.

2021-ci ildə ilk nikaha daxilolma üzrə orta yaş kişilərdə 28,4, qadınlarda isə 24,2 yaş təşkil edib.