
"Azərbaycanlıların İrana etimadı azalıb" - ŞƏRH
Yusif Nəzərli
13:52 20.06.2023
Cəmiyyət
550
2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb.
Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib.
Gedənlərin 69,5 faizini kişilər, 30,5 faizini qadınlar təşkil edib.
Bəs daim müalicə, ziyarət səbəbləri ilə cənub qonşumuza üz tutan vətəndaşlarımızın sayı niyə azalıb?
Suallarımızı cavablandıran politoloq Sədrəddin Soltan "Sherg.az"a qeyd edib ki, İrana səfər edən azərbaycanlıların sayının azalmasının bir neçə səbəbi var:
"Birincisi, Koronavirus ilə bağlıdır. Pandemiya ilə əlaqədar Azərbaycan vətəndaşları İrana səfəri dayandırdı. Sonrakı dövrdə isə karantin tədbirləri çərçivəsində iki ölkə arasındakı gediş-gəliş bitti. Digər tərəfdən Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra, vətəndaşlarımız üçün Cənub qonşumuz təhlükəli ölkələrdən birinə çevrildi".

Analitikin sözlərinə görə, Fərid Səfərlinin 3 ay saxlanıldıqdan sonra cəsus ittihamı ilə İranda olduğunun bəyan edilməsi, azərbaycanlıların onlara etibarını daha da azaldıb:
"Həmçinin başqa bir nüans Azərbaycan həkimiyyətinin İrana səfər etmək istəyən insanlara xəbərdarlıq etməsidir. Azərbaycan XİN-i vətədaşarımıza Cənub qonşumuza səfər etməməyi məsləhət görüb. Ümumiyyətlə bütün bu amillər, üstəgəl malların bahalaşması və iqtisadi vəziyyət, sosial-siyasi gərginlik İrana səfər edən azərbaycanlıların sayının azalmasına təsir göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm