Azərbaycanlıların kompakt yaşadıqları ərazidə tapıntılar: 1 milyon 800 min illik insan qalıqları - VİDEO
Azərbaycanlıların kompakt yaşadıqları ərazidə tapıntılar: 1 milyon 800 min illik insan qalıqları - VİDEO
Yusif Nəzərli
13:32 12.11.2022
Cəmiyyət
530
Avropa və Asiya qitəsində ən qədim insan qalıqları qonşu Gürcüstanda, soydaşlarımızın kompakt yaşadıqları Dmanisi rayonunda aşkarlanıb.
Baku TV burada yerləşən tarixi şəhərciklə bağlı xüsusi reportaj hazırlayıb.
Qeyd edilib ki, bu ərazidə arxeoloji qazıntıların aparılmasına hələ 1936-37-ci illərdən başlanılıb. O zamanlar müxtəlif insan və heyvan qalıqlarının tapılması arxeoloqların daha geniş araşdırmalara başlamasına səbəb olub. Arxeoloji qazıntılar nəticəsində aşkarlanan şəhərcikdə maraqlı tikililərdən biri isə məscid binasıdır.
Gürcüstan Milli Muzeyinin Dmanisi rayonundakı əməkdaşı tapıntıların tarixi əhəmiyyətindən danışıb.
“1991-ci ildə burada ilk insanın alt çənə sümüyü tapılıb. Bu, 1 milyon 700-1 milyon 800 min il əvvəlki insanın çənə sümüyüdür. Sonra arxeoloqlar daha geniş araşdırmalara başladılar və nəticədə beş kəllə sümüyü və dörd çənə sümüyü tapdılar. Şəhərin özü orta əsrlərə aiddir. Onun öz pul vahidi olub və burada bir çox dinlərin nümayəndələri yaşayıblar. Xüsusilə xristian gürcülərlə yanaşı, azərbaycanlılar, müsəlmanlar da yaşayıblar. Bunun göstəricilərindən biri də ərazidə qədim məscidin qalıqlarının olmasıdır”, - deyə o bildirib.
Hazırda sözügedən tarixi tapıntılar Tbilisidəki Milli Muzeydə saxlanılır. Muzeyin direktoru Gürcüstanda aşkarlanan tapıntıların tarixən Gürcüstanda azərbaycanlıların və gürcülərin dost kimi yaşadıqlarının göstəricisi olduğunu qeyd edib.
Məlumat üçün onu da bildirək ki, Dmanisi tarixi-arxeoloji muzey qoruğu 1983-cü ildə yaradılıb. Ərazi 2006-cı ildən Gürcüstan Milli Muzeyinin tərkibinə daxil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm