“Azərsun Holdinq” COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşıdır
11:17 17.09.2024
Cəmiyyət
437
Ölkəmizdə fəaliyyətə başladığı gündən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfələr verən “Azərsun Holdinq”, həm də Azərbaycanda təşkil edilmiş qlobal layihələrin əsas tərəfdaşlarından olub.
Sherg.az xəbər verir ki, üzərində “Made in Azerbaijan” yazısını daşıyan məhsulları ilə dünyanın 40-dan artıq ölkəsində Azərbaycanı şərəflə təmsil edən “Azərsun Holdinq” Bakıda təşkil ediləcək COP29 layihəsi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Adıçəkilən şirkətlər qrupu layihədə Dayanıqlı İnkişaf Tərəfdaşı olaraq təmsil olunacaq.
11-22 noyabr arası keçiriləcək layihədə “Azərsun Holdinq” qida, qeyri-qida, kənd təsərrüfatı, daşınmaz əmlak və digər fəaliyyət sahələrində dayanıqlı inkişaf üçün təcrübələrini paylaşacaq, eyni zamanda bu istiqamətdə qlobal təşkilatlar və şirkətlərlə əməkdaşlıq imkanlarını dəyərləndirəcək. Məsələ ilə bağlı “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozal açıqlama verib: “COP29-a tərəfdaş kimi qoşulmaq, “Azərsun”un dayanıqlı inkişafa sadiqliyinin əyani sübutudur. Biz inanırıq ki, qlobal liderlərlə birgə işləməklə biz əhəmiyyətli dəyişikliklərə təkan verə və hamı üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz böyük həvəslə COP29 çərçivəsində baş tutacaq görüşlərimizi gözləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi