Bakı və ətrafda hələ də sənədsiz evlər tikilir
Yusif Nəzərli
02:58 15.11.2022
Cəmiyyət
494
Bu evlərdə yaşayanlar kommunal xidmətlər ödədiyinə görə onların yaşamaq hüququ tanınmalıdır
Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin iştirakı ilə qış zamanı güclü qar yağmasına hazırlığın vəziyyəti, paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarətinə qarşı aparılan tədbirlərə həsr edilən müşavirə keçirilib.
Müşavirədə paytaxt rayonlarında qanunsuz tikinti və küçə ticarəti ilə bağlı vəziyyət müzakirə edilib, qeyd edilib ki, son 6 ay ərzində bu hallar 2,5 dəfə azalsa da, yenə də bəzi rayonlarda yer almaqdadır.
Hüquqşünas Əkrəm Həsənov isə deyib ki, uzun illərdir bu barədə danışılır. Əsasən Bakı və ətrafında müxtəlif sənədlərlə, bəzən də sənədsiz evlər tikilib. 10 minlərlə insan belə evlərdə yaşayır. Onlar həmçinin, kommunal xidmətlər ödəyir, işıq, qaz, su xidmətlərindən istifadə edir. Dövlətə pul ödəyirlər: “Vətəndaş yaşadığı yerdə kommunal xidmətləri ödəyirsə və dövlət göstərdiyi kommunal xidmətlərdən ödəniş alırsa, deməli, insanın faktiki orada yaşamaq hüququnu tanıyır. Vətəndaşın yaşamaq hüququnu tanıdığına görə dövlət həmin evin sənədləşməsini də həyata keçirməlidir. Belə bir əmsal qərar Avropa Şurasının üzvü olaraq Azərbaycana da aiddir. Ona görə Azərbaycan tərəfi qanunsuz tikililərin olmaması üçün bundan istifadə etməlidir. Sözsüz ki, qanunsuz evlərin tikilməsində kimlərinsə qeyri-qanuni əməlləri də olub. Amma artıq fakt olaraq bu evlərdə ailələr yaşayır. Ona görə də həmin əmlaklara amnistiya verilməli, hamısına çıxarış təqdim edilməlidir ki, problem birdəfəlik həllini tapsın. Ondan sonra isə artıq sənədsiz tikintilərə icazə verilməməlidir. Bu, problemin həllinin ən doğru və optimal yoludur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm