Bakının dərdi var: Havanı zəhərləyən şadlıq sarayları nazirliyin xəbərdarlığına məhəl qoymur
Turan
07:48 14.11.2019
Cəmiyyət
850
Ekologiya və Təbii Sərvətlər Nazirliyi filtrlərin köhnə olması səbəbindən havaya atılan tüstü və zərərli tullantıların miqdarının normadan çox olduğu ictimai iaşə obyektlərinin adlarını açıqlayıb. Nazirliyin nümayəndəsi Vüqar Kərimov bildirib ki, Bakıda restoranların havaya tüstü buraxması ilə bağlı ən çox pozuntu halları Nizami rayonunda qeydə alınıb. Açıqlanan siyahıda təxminən, 43 şadlıq sarayının adı qeyd olunub. Nazirlik rəsmisinin sözlərinə görə, həmin şadlıq saraylarının sahiblərinə xəbərdarlıq edilib ki, toy və tədbirlər zamanı havaya atılan tullantıların qarşısının alınması üçün obyektlərindəki manqalların fəaliyyəti dayandırılacaq:
“Atmosferə tullantı atan restoranlardan cərimə olunan, onlar barəsində hüquq-mühafizə orqanlarına müraciət edilənlər də var. Restoranların təmizləyici qurğulara diqqət artırmaları çox mühümdür”. V.Kərimov əlavə edib ki, nazirlik şadlıq evləri və restoranların fəaliyyətinin dayandırılması məsələsini qaldıra bilər:
“Hər hansı iaşə obyekti tikildikdə səs-küy normaları, iy-qoxu ilə bağlı mühafizə zolağı olmalıdır. Restoranlardakı səs-küylə bağlı müraciətlər çoxdur. Buna görə də qanunvericilikdə təsbit olundu ki, gecə saat 12-dən sonra insanların daha çox cəmləşdiyi yerdə səs-küy salan obyektlərin fəaliyyəti dayandırılsın. Bu da insanların rahatlığının təmin olunması ilə bağlıdır”.
Daim gündəmdə olan narazılıqla bağlı “Şərq”ə açıqlama verən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bu sahəyə nəzarətin çox zəif olduğunu deyib. Ekspertin sözlərinə görə, sahibkarlar və müəssisələr filtrlərə əlavə xərc çəkmək istəmirlər:
“Nəticədə Bakının onsuz da xeyli ağır olan havası bir az da çirklənir. Nazirlik bu işə ciddi yanaşmalı və olduqca sərt cərimələr tətbiq etməlidir. Bütün dünyada böyük məbləğdə cərimələr tətbiq olunur. Gec-tez bizdə də bu metod tətbiq olunmalıdır. Əks halda vəziyyəti normallaşdırmaq mümkünsüzdür. Çirkli hava əhalinin sağlamlığı üçün ciddi problemlər yaradır. Ona görə də bu cür neqativ halların qarşısı mütləq alınmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm