Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
10:57 08.11.2019
Cəmiyyət
419
Şərti adı “B3” olan stansiyanın tikintisi, demək olar ki, başa çatdırılır. Bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliten”i QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib. O bildirib ki, hazırda həmin stansiyada son tamamlanma işləri gedir:
“Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”.
Ə.Osmanovun sözlərinə görə, metronun “Bənövşəyi” xətti 12 stansiya və bir depodan ibarətdir:
“Bu xəttin üç stansiyasının tikintisi, demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı “B4” olan dördüncü stansiyasının tikintisi, eləcə də, Xocahəsən deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq “Bənövşəyi” xətti sistem üzrə Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”.
Qeyd edək ki, şərti adı “B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət