Bayram günlərinin hava proqnozu açıqlanıb
Yusif Nəzərli
09:03 29.12.2021
Cəmiyyət
609
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərinin hava proqnozu açıqlanıb.
“Report” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva son 20 ilin meteoroloji müşahidələrinin nəticələrinə nəzər salıb.
"Aparılmış təhlillərə əsasən deyə bilərik ki, son 20 ildə Bakı və Abşeron əhalisi Yeni ili yalnız 4 dəfə 2007, 2009, 2012, 2016-ci illərdə sulu qar və qarla qarşılayıb. 2009-cu ilin Yeni ilində isə yağan qarın hündürlüyü 14 santimetr olub ki, bu da Bakı üçün nadir hadisə idi. Ən aşağı temperatur Bakıda və Abşeron yarımadasında 2009-cu ildə 1.6 dərəcə şaxta qeydə alınıb. Ölkəmizin digər bölgələri üzrə ən aşağı göstərici 2006-cı ildə Naxçıvan MR-da 26,5 dərəcə şaxta olub. Qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq. Bayramın ilk günləri dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisinin hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək", - o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm