«Bələdiyyələr problemləri daha çevik həll edə bilirlər, çünki... »
Yusif Nəzərli
13:27 01.02.2022
Cəmiyyət
463
«Onlar özləri də orada yaşayırlar və seçicidən asılıdırlar»
«Amma vaxt lazımdır ki, əhali buna hazırlaşsın. Çünki bizdə uzun müddət yerlərdə icra hakimiyyətinin sərt rejimi hökm sürüb. Birdən-birə buna keçmək olmaz»
Bu gün Milli Məclisin 2022-ci il yaz sessiyasının ilk plenar iclası keçirilib. Ali qanunverici orqanın iclasının gündəliyinə 12 məsələ daxil edilib. İclas zamanı müxtəlif təkliflər irəli sürülüb. Millət vəkili Fazil Mustafa da bir sıra məsələləri dilə gətirib. Belə ki, deputat bələdiyyələrin statusu və səlahiyyəti haqqında danışıb:
“Bələdiyyələrin statusunun qaldırılması istiqamətində addımlarımızı genişləndirməliyik. Yerli İcra haklimiyyətləri orqanları yerli problemlərin həllində çox zaman effektiv fəaliyyət göstərə bilmirlər. Bu istiqamətdə bələdiyyələri inkişaf etdirməliyik”.
Mövzu ilə əlaqəli “Sherg.az”a açıqlama verən Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı bildirib ki, əhalinin seçdiyi qurumlar yerli problemləri daha çevik həll edə bilərlər:
“Bələdiyyələr haqqında çox danışılıb. Qısa olaraq izah edim ki, bələdiyyələrin dünyada iki forması var: anqlosakson forması və fransız forması. Anqlosakson formasında yerlərdə prezidentin təyin etdiyi şəxslər olmur. Amma fransız formada bizdəki kimi, Türkiyədəki kimi yerlərdə həm yerli idarəetmə olur, həm də prezidentin yerlərdə nümayəndələri. Bizdə icra hakimiyyətləri özünü doğrultmadığına görə, problemlərin həlli əhalinin seçdiyi yerli özünü idarəetmə vasitəsilə ola bilər. Məsələn, ABŞ-də prezident yalnız xarici siyasətlə məşğuldur. Kiçik qəsəbələrdən tutmuş, ştatlara qədər hər biri seçkili qurumlardır və saat mexanizmi kimi də işləyir. Amma bizdə buna hazırlıq lazımdır.
Bunu birdən-birə etmək olmaz. Mənə elə gəlir ki, birinci növbədə kiçik kənd və qəsəbələrdən başlamaq lazımdır. Əhali seçdiyi qurumlar yerli problemləri daha çevik həll edə bilirlər. Çünki onlar özləri də orada yaşayırlar və seçicidən asılıdırlar. Ona görə də mən bunu dəstəkləyirəm. Amma vaxt lazımdır ki, əhali buna hazırlaşsın. Çünki bizdə uzun müddət yerlərdə icra hakimiyyətinin sərt rejimi hökm sürüb. Birdən-birə buna keçmək olmaz. Tədricən həyata keçirmək olar”.
Professorun fikrincə, işğaldan azad olunmuş torpaqlarda bələdiyyə fəaliyyətinin bərpasına xüsusi diqqət yetirmək lazımdır:
“Bir məqamı da qeyd edim ki, işğaldan azad olunmuş rayonlarda bələdiyyələr hələ ki, ümumiyyətlə formalaşmayıb. Yaxın gələcəkdə, birinci növbədə həmin rayonlarda bələdiyyələrin formalaşdırılması prosesinə başlamaq lazımdır”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə