“Bəzi işəgötürənlər müqaviləyə ciddi yanaşmırlar”
Fidan Həmişəyeva
12:47 12.09.2019
Cəmiyyət
673
Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərində “Məcburi əməyin və insan alverinin qarşısının alınması” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında işəgötürənlərin maarifləndirilməsi məqsədilə tədbir keçirib.
Tədbirdə qeyd olunub ki, qanunvericiliyə görə, heç kim zorla işlədilə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçinin onun əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur olunması qanunla qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.
Buna baxmayaraq işçilərin məcburi əməyə cəlb edilməsinə rast gəlirik. Baş verən xoşagəlməz hallar zamanı məlum olur ki, ya işçinin əmək müqaviləsi yoxdur, ya da məcburi əməyə cəlb edilir. Bəs, keçirilən tədbirlərin effekti ola bilərmi?
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin belə tədbirləri tək keçirmək potensialı yoxdur:
“Amma beynəlxalq əmək və digər təşkilatlarla birlikdə tədbirlər təşkil ediləndə müəyyən effekt əldə olunur. Dünya bankının bir layihəsi çərçivəsində Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması ilə bağlı layihə həyata keçirilmişdi. Təəssüf ki, nazir dəyişəndən sonra potensialı artırılmış işçiləri çıxarıb kənara atdılar. Sonra isə yenidən işçilər yığdılar.
Ona görə də indi Əmək Müfəttişliyinin əmək sahəsi ilə bağlı tədbirlər keçirmək potensialı yoxdur. Yalnız partnyorları olarsa, o zaman yaxşı işlər həyata keçirmək olar. Burada əsas məsələ maarifləndirmə ilə bağlı deyil. Məsələn, işə götürən işçi ilə əmək müqaviləsi bağlamır.
Maraqlıdır, işəgötürənin müqavilə bağlamaması məcburi əməyin olması deməkdir, yoxsa ümumiyyətlə müqaviləni vecinə almır? Düşünürəm ki, bəzi işəgötürənlər müqaviləyə ciddi yanaşmırlar.
Məlumdur ki, Dövlət Əmək Müfəttişliyi Xidməti yoxlama apara bilməz. Sahibkarlıq subyekti yoxlamaların aparılmasına monopoliya qoyub. Ona görə də belə təlimlər yoxlamaların aparılmasına xidmət etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya