Birincilər örnək oldular
Birincilər örnək oldular
Yusif Nəzərli
21:16 16.09.2022
Cəmiyyət
1071
Əllərində şəhid fotoları tutan balalar əsl vətənpərvərlik dərsi keçirlər
Bakı və Sumqayıtın bəzi məktəblərində ilk dərsə qədəm qoyan birincilər əllərində gül-çiçək yox, şəhid fotoları tutublar. Bir neçə məktəbdə müəllimlərin təşəbbüsü ilə birincilər əllərində şəhid şəkilləri ilə sinif otağına daxil olub.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən 70-dən artıq hərbçimiz şəhid olub. Bu səbəbdən Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.
Millət vəkili Elman Məmmədov isə “Şərq”ə açıqlamasında deyib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində orta məktəblərdə hər zaman məqsədyönlü işlər görülür. Təsadüfi deyil ki, yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunub:
“Birincilərin əllərində şəhid fotoları ilə sinif otağına daxil olması həm övladlarımızın təlim-tərbiyəsi, onların vətənpərvərlik ruhunda böyüməsi, həm də şəhidlərimizin adının, rəsminin yaddaşlarda həkk olunması üçün ən gözəl nümunədir. İllər keçsə də o balaca birincilər fotosunu əllərində başlarının üstünə qaldırdığı şəhidin adını, üzünü xatırlayacaq. Şagirdlərin düşüncələrinə və onların vətənpərvərlik ruhuna təsir edəcək. Şəhidlər bizim qürur mənbəyimizdir. Onları heç vaxt unutmayacağıq və qəlbimizdə hər zaman yaşayacaqlar. Onların Vətən, torpaq uğrunda öz canlarından keçməsi sayəsində bizim körpə balalarımız birinci sinfə gedə, təhsil ala, qayğısız uşaqlıq yaşaya bilirlər. Bu körpələr indidən bilməlidir ki, alnıaçıq, qalib dövlətin, qalib millətin nümayəndəsi olduğumuz üçün şəhidlərimizə borcluyuq. Nəinki birincilər, hətta təzə dil açan balalarımıza da “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycan! şüarını öyrətməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual