Bölgələrdə mobil internet problemi yaşanır
Yusif Nəzərli
09:06 29.12.2021
Cəmiyyət
816
Ramazan Seyidov: "Vətəndaşlara tövsiyə olunur ki, yazılı şəkildə müraciət eləsinlər kənd bələdiyyəsinə və ya aidiyyəti qurumlara və bununla da operatorlar gətirib orada baza stansiyalarını yeniləsinlər"
Azərbaycanda, əsasən də bölgələrdə uzun müddətdir ki, internetlə bağlı problemlər yaşanır. Fiber-optik internetin ümumiyyətlə olmadığı, ADSL yəni telefon xətləri ilə verilən internetin isə bərbad gündə olduğu bölgələrdə mobil internetin vəziyyəti də digərlərindən fərqlənmir. Hazırkı dövrdə insanların işlərini, dərslərini və s. internetlə idarə etdiklərini nəzərə alsaq, vəziyyətin nə dərəcədə ciddi olduğunun fərqinə varmaq mümkündür.
Mövcud problemlə bağlı “Şərq”ə danışan informasiya texnologiyaları üzrə mütəxəssis Ramazan Seyidov bildirib ki, əsasən bölgələrin kəndlərində bu tip problemlər yaşanır:
“Orada mobil internetdən istifadə edən istifadəçilərin sayı az olduğu üçün həmin mobil operator şəbəkələrə maliyyə cəhətindən sərf eləmir ki, onlar gətirib ora 3G, 4G antena quraşdırsınlar. Digər səbəb isə vətəndaşların mobil operatorlara yazılı və ya çağrı mərkəzinə zəng edərək məlumat verməməsidir. Çünki mən çalışdığım müəssisədə bəzi yerlərdə bu problem var idi. Müraciət əsasında “Azercell”, “Bakcell” hər ikisi də gətirib stansiya antenalarını yeniləyirlər. Daha texnoloji yeni avadanlıqlarla təmin edirlər.
Bakıda bizim ofislərimizin birində mobil internet çox zəif çəkirdi. Biz zəng elədik “Bakcell”ə ki, bizdə bu tip problem var. On gün sonra mühəndisləri gəldi, 20 gün sonra da gətirib yeni antena quraşdırdılar və problem həll olundu. Sadəcə, vətəndaşlar yazılı və ya çağrı mərkəzinə zəng edərək müraciət eləsinlər. Güman edirəm ki, mobil operatorlar buna biganə yanaşmayacaqlar. Çünki mobil operatorlara bu, yeni müştəri deməkdir”.
Mən əsasən “Bakcell” və “Azercell”i örnək olaraq deyirəm. Çünki əsasən onların internet və data şəbəkəsindən biz istifadə edirik. Onlar da bizim sorğularımıza tam adekvat cavab verirlər. Yenə də vətəndaşlara tövsiyə olunur ki, yazılı şəkildə, məktubla müraciət eləsinlər kənd bələdiyyəsinə və ya aidiyyəti qurumlara və bununla da operatorlar gətirib orada baza stansiyalarını yeniləsinlər”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət