Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
07:52 06.05.2024
Cəmiyyət
558
Xəbər verdiyimiz kimi, 9 May Qələbə Günü, 11-12 may isə şənbə və bazardır.
Sherg.az axar.az-a istinadən bildirir ki, qeyri-iş günlərinin ardıcıllığının təmin edilməsi məqsədilə Nazirlər Kabineti belə vəziyyətlərdə istirahət və iş günlərinin yerini dəyişməyə qərar verir. Bəs, 10 may iş gününün qeyri-iş günü ilə dəyişdiriləcəyi gözlənilirmi?
Məsələ ilə bağlı axar.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı hazırda heç bir qərar yoxdur.
"Bu haqda indiyədək müzakirə də aparılmayıb", - qurumdan vurğulanıb.
Qeyd edək ki, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun 7-ci bəndində deyilir: "Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bu iş və ya istirahət günlərinin yeri dəyişdirilə bilər".
Belə məlum olur ki, bu həftə Nazirlər Kabineti qeyri-işı günlərinin ardıcıllığını təmin etmək niyyətində deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya