Deməli, düşməni artıq görürük. Odur ki, “silah”ı əlimizə alıb vuruşmaqdan ötrü gecikməməliyik. Bəlkə də, indi müdafiə yox, hücum vaxtıdır.
ÇAĞIRIŞ:“ Qaydalara əməl etməsək, bütün işlərin üstündən xətt çəkərik”
Banuçiçək Kalbalıyeva
10:10 28.07.2020
Cəmiyyət
736
“Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi naminə müvafiq qərarları verir”
“Biz də həmin qaydalara əməl etməliyik”
“Əgər bunu etməsək, dünyasını dəyişənlərin qarşısında borclu qalarıq”- JEM sədri insanları qaydalara əməl etməyə çağırdı
Xatırlayarsınız, yaxın keçmişdə koronavirus pandemiyası haqqında “gözəgörünməz düşmən” epitetini işlədirdik. Amma düşmən artıq görünür, özünü gizlətmir. O, dünyasını dəyişən tanışlarımızın ruhunda, narahat, təlaşlı simalardadır.
Deməli, düşməni artıq görürük. Odur ki, “silah”ı əlimizə alıb vuruşmaqdan ötrü gecikməməliyik. Bəlkə də, indi müdafiə yox, hücum vaxtıdır.
İnsanlarımız laqeydlik “sindromu” nisbətən azalsa da, bu, kifayət deyil. Koronavirusa qəlib gəlmək üçün daha məsuliyyətli olmalı, həmrəylik nümunsəi göstərməliyik.
Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlu“Sherg.az”a açıqlamasında koronavirusa qalib gəlməyin ən yaxşı yolunun müvafiq qaydalara əməl etmək olduğunu deyib:
“İndi təkcə Azərbaycanda yox, bütün dünyada koronavirus pandemiyası hökm sürür. Elə bir ölkə yoxdur ki, orada karantin qaydaları birmənalı şəkildə ləğv olunsun. Sadəcə qismən sərbəstlik ola, bir neçə müəssisə açıla bilər. Tətbiq edilən qaydalar isə, şübhəsiz ki, təhlükənin ciddiliyi ilə əlaqədərdır.
Dövlət başçımız İlham Əliyevin də dəfələrlə dediyi kimi, indiki vaxtda vətəndaşların sağlamlığı Azərbaycan hakimiyyəti üçün ən vacib məsələdir. Hökumət, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi naminə müvafiq qərarları verir.
Biz də həmin qaydalara əməl etməliyik. Əgər bunu etməsək, dünyasını dəyişənlərin qarşısında borclu qalarıq, görülən bütün işlərin üstündən xətt çəkərik. Şükür, statistika bizim xeyrimizə dəyişir.
Yoluxanlar, ölənlər azalır, sağalanlar çoxalır. Bir az da səbrli, nizam-intizamlı olsaq, koronavirus tezliklə digər qlobal xəstəliklər kimi tarixin tozlu səhifələrinə qovuşacaq.
Ümid edək ki, bu arzuolunmaz virusla ən yaxın gələcəkdə vidalaşacağıq. Özü də birdəfəlik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya