"Cinsi azlıqların aksiyalarda iştirak etmələri ilə bağlı iddialar cəfəngiyyatdır” - RƏSMİ
07:21 31.10.2019
Cəmiyyət
445
“Sosial şəbəkələrdə cinsi azlıqların nümayəndələrinin paytaxtın müxtəlif polis bölmələrinə qeyri-rəsmi formada görüşə çağırılmaqla, aksiyalarda iştirak etmələri ilə bağlı yayılan iddialar cəfəngiyyatdır”.
Bu barədə Lent.az -a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O, qeyd edib ki, polis paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında qanunla səlahiyyət verilməyən heç kimin köməyinə ehtiyac duymur:
“Dəfələrlə vətəndaşların müxtəlif məzmunlu, çoxsaylı müraciətləri əsasında cinsi azlıqların profilaktikası tədbirləri çərçivəsində onlar polis orqanlarına dəvət olunaraq, onlarla izahedici söhbətlər aparılıb. Həmin söhbətlərdə onların diqqətinə çatdırılıb ki, paytaxtın müxtəlif yerlərində toplanması sakinlərin narahatlığına səbəb olur. Görünür ki, bu söhbətlərin məzmunu bilərəkdən, məqsədli olaraq cəmiyyətə başqa formada çatdırılır”.
E.Hacıyevin sözlərinə görə, ölkə qanunlarından irəli gələrək ayrı-ayrı vətəndaşların hər birinin hüquq və azadlıqlarının təminatında polis üzərinə düşən vəzifələri həyata keçirir: “Kimlərinsə sifarişlərini yerinə yetirən şəxslərin polis haqqında uydurmaları cəmiyyətlə polis arasında süni qarşıdurma yaratmağa yönələn növbəti uğursuz cəhddir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə