Daha müraciətlərə baxılacaq ! - Baş prokurorluqda “qaynar xətt” mərkəzi...
Banuçiçək Kalbalıyeva
13:49 19.08.2020
Cəmiyyət
725
“Vətəndaşla məmur arasındakı birbaşa təmas aradan qalxacaq. Münasibətlər daha da optimallaşacaq”
Azərbaycanda Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi" və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzi istifadəyə verilib. Bu nömrələr istirahət və bayram günləri də daxil olmaqla, günün 24 saatı ərzində fəaliyyət göstərir. Məqsəd qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsindən ibarətdir.
Bu barədə fikirlərini “Sherg.az”la bölüşən hüquq müdafiəçisi Əliməmməd Nuriyev baş prokurorluqdakı son yenilikləri yüksək qiymətləndirib:
“Baş prokuror dəyişəndən sonra aparılan yenilənmələr göz qabağındadır. Müxtəlif vəzifələrə gənc və təcrübəli kadrlar gətirilməklə yanaşı, həm də struktur islahatları həyata keçirilir. Bəzi strukturların ləğv olunması, bəzilərinin birləşməsi bunu sübut edir.
Baş prokururluğa çoxlu sayda müraciətlər daxil olur. Bunların heç də hamısı həmin qurumun səlahiyyətlərinə daxil deyil. Sadəcə insanlar baş prokurorluğa inanır, ona müdafiə vasitəsi kimi baxırlar.
Son vaxtlar həyata keçirilən əməliyyatlar da göz qabağındadır. Cinayətkarların xüsusilə cinayət başında yaxalanması təqdirəlayiqdir. Çünki, ələlxüsus, korrupsiyaya qarşı mübarizədə etibarlı dəlillər çox vacibdir. Bu, əməli düzgün qiymətləndirməyə yardımçı olur”.
Ə.Nuriyevin fikrincə, çağrı və qaynar xətt mərkəzlərinin yaradılması da baş prokurorluğun növbəti uğurudur:
“Əlbəttə, islahatlar təkcə bununla bitmir. Baş prokurorun dəyişilməsindən sonra İKT-nin imkanlarından geniş istifadə olunmağa başlanılıb. Həmin məqam istintaq sirrini qorumaqla yanaşı, həm də şəffaflığı, vətəndaş-məmur münasibətlərinin daha yaxşı qurulmasını təmin edir. “Çağrı və “qaynar xətt” mərkəzlərinin yaradılması çox sevindiricidir.
Beləliklə, vətəndaşla məmur arasındakı birbaşa təmas aradan qalxacaq. Ümumilikdə, münasibətlər daha da optimallaşacaq. Düşünürəm ki, bundan sonra baş prokurorluğun sayt sistemində də müəyyən yenilənmələr həyata keçirilməlidir.
Yaxşı olar ki, baş vermiş hadisə haqqında informasiyanı prokurorluq özü versin. Bu, etibarlı mənbə baxımından vacibdir. Adı çəkilən hüquq- mühafizə orqanında bundan sonra daha ciddi və uğurlu addımların həyata keçiriləcəyinə inanıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya