Deputat Fonda pul köçürəcək:"Pandemiyaya həmrəylik nəticəsində qalib gələcəyik!"
Yusif Nəzərli
10:53 21.03.2020
Cəmiyyət
1897
"Prezident İlham Əliyev Azərbaycanda əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Dövlət başçısının müvafiq sərəncamı ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılır.
Mən də deputat həmkarlarım kimi COVİD-19 epidemiyası ilə mübarizə çərçivəsində əmək haqqımın bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyi qərara almışam".
Bu barədə "Sherg.az"a millət vəkili Tamam Cəfərova bildirib. Xanım parlamentari qeyd edib ki, istər maddi, istərsə də dövlətin tələb və təkliflərinə riayət etməklə hər bir Azərbaycan vətəndaşı qlobal pandemiyaya qarşı mübarizəyə dəstək verməlidir:"
Bu, həmrəylik məsələsidir. Milli təhlükəsizliyimizin qorunmasında həmrəylik çox önəmlidir.
Çox sevindirici haldır ki, təkcə deputatlar deyil, siyasi partiyalar, sahibkarlar, QHT-lər də dəstək kampaniyasına qoşulublar. Bu dövlət-vətəndaş birliyinin bir nümunəsidir. Xalqımız tarixən dövlət əhəmiyyətli məsələlərdə həmrəy olub, bu gün də bu həmrəyliyi nümayiş etdirir.
Bu pandemiyaya biz güclü dövlətimiz və həmrəyliyimiz nəticəsində qalib gələcəyik!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm