Deputat:“Hərə bir möhür alıb reketçilik edir”
Yusif Nəzərli
15:00 24.05.2022
Cəmiyyət
414
“Ölkədə reketçiliklə məşğul olmaq istəyən təşkilatlarlar, qəzetlər və jurnallar da mövcuddur”
“Bu doğrudan da Azərbaycan üçün çox ciddi problemdir”
Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə QHT-lər haqqında danışıb.
“Hazırda 200-ə yaxın təşkilat qeydiyyata alınmaq üçün müraciət edib”- bildirib.
O qeyd edib ki, bu müraciətlər araşdırılır: “Araşdırmalar zamanı məlum olub ki, onların da böyük əksəriyyəti reketçiliklə məşğul olmaq istəyirlər. Hesab edirəm ki, hər müraciət edəni qeydiyyata almamalıyıq. Biz ictimai şuralarla qanunu da təkmilləşdirməliyik”.
QHT-lərin reketçiliklə məşğul olması hallarını “Sherg.az”a dəyərləndirən millət vəkili Razi Nurullayev bildirib ki, yaranmış vəziyyət qanunvericiliyə əlavə edilən məhdudiyyələrlə əlaqəlidir:
“Azərbaycanda QHT-lərin qeydiyyatı ilə bağlı problem var. Ölkədə reketçiliklə məşğul olmaq istəyən təşkilatlarlar, qəzetlər və jurnallar da mövcuddur. Bu doğrudan da Azərbaycan üçün çox ciddi problemdir. Hər kəs bir möhür alıb, sonra onun vasitəsi ilə missiyasına uyğun olmayan bir işlə məşğul olur. Ümumiyyətlə, hesab edirəm ki, QHT-lər normal şəkildə inkişaf edirdilər, çox güclü təşkilatlarımız yaranmışdı.
Bu gün də onların bir hissəsi qalmaqdadır. Sadəcə olaraq maliyyə mənbələri zəifdir. 2009-2014-cü illərdə “İctimai Təşkilatlar və Fondlar” haqqında qanuna məhdudlaşdırıcı məhdudiyyətlər tətbiq edildi.
Qanunvericiliklə bu təsbit olundu. Daha sonra QHT-larının xaricdən vəsait alması dayandırıldı. Nəticə etibarilə, professional təşkilatlar sıradan çıxmağa başladı. Məhz o proffessional təşkilatlar sıradan çıxdıqdan sonra yeni təşkilatlar yeni missiya ilə yaranmağa başladı”.
Deputatın sözlərinə görə, yenə də qeydiyyatda problem yaratmaq lazım deyil:
“Bu təəssüfedici bir məqamdır. Bunlara qarşı qanunvericilik səviyyəsində mübarizə aparmaq, həmin an onların qeydiyyatını dayandırmaq olar. Amma mənə elə gəlir ki, həmin təşkilat qeydiyyatla bağlı müraciət edibsə, onlara problem yaratmaq lazım deyil.
Onların fəaliyyətini izləmək lazımdır. Qanunsuzluq görən zaman dərhal qeydiyyatını ləğv etmək lazımdır. Təşkilatın qeydiyyatdan keçməmiş onun reketçiliklə məşğul olub-olmayacağını müəyyən etmək olmaz. Amma cəmiyyətə məlum olan şəxsləri ayrı-ayrı şəxsləri müəyyənləşdirmək olar”.
R.Nurullayev hesab edir ki, qanunveriliyimizə edilən məhdudlaşdırıcı dəyişikliklər bu cür təşkilatların yaranmasına rəvac verdi və professional, missiyasına uyğun, cəmiyyətimizin üçün xeyir gətirə biləcək təşkilatların da zəifləməsinə gətirib çıxardı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya