DİN Şəmkirdə 14 yaşlı qızın əmisi oğluna ərə verilməsi ilə bağlı hərəkətə keçdi - YENİLƏNİB
Yusif Nəzərli
08:43 15.11.2022
Cəmiyyət
358
“Artıq qızın özü və ailəsi müəyyənləşdirilib, polis əməkdaşları ailə ilə görüşüb profilaktik söhbət aparıblar”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.
O bildirib ki, qızın özü ilə polis əməkdaşları tərəfindən söhbət aparılıb:
“Qız polis əməkdaşları ilə söhbət zamanı bildirib ki, elçilik olub. Tezliklə nişan gözlənilirdi. 18 yaşdan sonra isə toy olacaq. Ailələr polisə dəvət edilib, birgə profilaktik söhbət aparılıb və onlara bildirilib ki, yetkinlik yaşına çatmayan şəxslərin nikaha girməsi cinayət məsuliyyəti yaradır”.
12:28
Şəmkirdə 14 yaşlı qız ərə verilir.
Bu barədə Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, Şəmkir rayonunda 14 yaşlı qız 26 yaşlı əmisioğlu ilə nişanlandırılıb.
Qeyd edək ki, qızın 15 yaşı yanvar ayında tamam olacaq.
DİN-n mətbuat xidmətinin Gəncə regional bürosundan Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm