Dövlət nümayəndələrini hədələyən şəxs həbs olunub
Yusif Nəzərli
09:01 22.02.2022
Cəmiyyət
473
Özünü “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin sədri kimi təqdim edən, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2, 310 və 320-ci maddələrilə məhkum olunmuş 1970-ci il təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu bu il fevralın 1-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bununla əlaqədar fevralın 3-də aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Q.Məmmədova xəbərdarlıq edilib. Lakin bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Q.Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Bu zaman tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir edib və tabesizlik göstəriblər.
Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməyib və qanunsuz tikintini davam etdirməkdə israr edib. Q.Məmmədov saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola fevralın 22-də Nizami Rayon Məhkəməsində baxılaraq o, 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni qanun korrupsiyanın qarşısını ala bilməyəcək - Tural Abbaslı
16:39 30.10.2026
Aktual
Anar Əliyev Şuşada vətəndaşları qəbul edib
16:21 30.10.2026
Sosial
ADAU-da müəllimlərin kütləvi ixtisarı aparılıb
16:03 30.10.2026
Elm və Təhsil
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm