
Ekoloq: Paytaxtın bir çox əraziləri sürüşmə zonalarına aiddir
Ekoloq: Paytaxtın bir çox əraziləri sürüşmə zonalarına aiddir
Yusif Sultanoğlu
12:50 12.05.2024
Cəmiyyət
699
Xəritədə əksini tapacaq
“Bayıl, Badamdar, Əhmədli, Günəşli, Masazır və sair. Sürüşmənin qarşısını almaq üçünsə zəruri tədbirlər görülməlidir”
Azərbaycanda sürüşmə zonalarının yeni xəritəsi ilin sonuna qədər müvafiq qurumlara təsdiq olunması üçün təqdim olunacaq. Sürüşmə zonalarının sonuncu xəritəsi 2015-ci ilin mart ayında Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bunu Trend-ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyev bildirib. O qeyd edib ki, həmin xəritədə sürüşmə zonalarının koordinatları göstərilməklə ərazi olaraq konturlanıb. "Ötən illər ərzində yenə yeni sürüşmə sahələri yaranıb, hansı ki, xəritələrdə o yoxdur. Ölkəmizdə 99 lokal sürüşmə sahəsi xəritədə var idi. Artıq bu il müəyyən edilmiş 46 lokal sürüşmə sahəsinin xəritələnməsinə başlanılıb. Bu ilin əvvəlindən 12 sürüşmə sahəsini xəritələmişik və proses davam edir. Bu yerlər Astara, Lerik və Lənkəran rayonları ərazisindədir. Mütəxəsisslərimiz sürüşmə zonalarının xəritələməyə ilk olaraq cənub zonasından başlayıb. Çünki sürüşmə zonalarının çoxu cənub bölgəsindədir. Yeni xəritədə 99 deyil, 145 lokal sürüşmə sahəsi ola bilər. Lakin bu rəqəm də dəyişə bilər. Çünki işin gedişində əlavə sahələr də xəritələnə bilər", - deyə o qeyd edib.
Ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında bildirdi ki, paytaxtın bir çox əraziləri də sözsüz ki, sürüşmə zonalarına aiddir və onlar da xəritədə əksini tapacaq. Bayıl, Badamdar, Əhmədli, Günəşli, Masazır və sair. Sürüşmənin qarşısını almaq üçünsə zəruri tədbirlər görülməlidir:
– Bayıldakı son sürüşmələr əkilən ağacların suvarılması daha çox bağlıydı. Ağaclar çox suvarılmışdı deyə sürüşmə aktivləşdi. Ümumiyyətlə, yamac ərazilər çox suvarılan zaman süxurlar arasında ilişki qüvvəsi azalır və sürüşmə yaranır. Torpağın bəlli bir qatı var ki, çökmə süxurlardan təşkil olunub. Çökmə süxurlar da laylardan ibarətdr. Bu laylar arasında bəzən ilişki qüvvəsi – bir-biriylə bağlılıq zəif olur. Minillər ərzində toplanır bu laylay. Sanki bir-birinin üstünə yığılıb. Amma bütün hallarda laylardır. Layların arası tədricən su ilə dolduqda, getdikcə süxurlar yumşalır və sürüşmə baş verir.

R.Abbasov qeyd etdi ki, yamaclarda sürüşmənin qarşısını almaq üçün bəlli şərtlər və vasitələr var:
- Həmin ərazilərdə tikinti aparılmamalıdır. Tikintilər yamacların daha da yüklənməsinə və sürüşmə təhlükəsinin artmasına səbəb olur. Həmin ərazilər terraslaşdırılmalıdır. Bu nə deməkdir, yəni ərazidə bağ salınmalıdır. Amma necə? Müəyyən prinsiplərə əməl etmək şərtilə. Yamaclarda əvvəlcə bərkidilmə, möhkəmləndirmə işləri aparılır, sürüşmə riskindən asılı olaraq dərin, 10-15 metr qədər svaylar vurulur, üzərinə beton tökülür və ya setka (tor) çəkilir. Sonra üzərində toxum səpilir ki, gül-çiçək bitsin, orada çəmənlik yaradılır. Orada ancaq öz toxumu, özbaşına bitən ağaclar yetişə bilər. O ağaclara dəymirlər. Çünki belə ağaclar susuzluğa davamlı olur və torpağın suyu ilə qidalanırlar. Və suvarmanı da mümkün qədər az həyata keçirmək lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kolumbiyada fəlakət rejimi elan edilib
10:58 12.08.2026
Dünya
“Dinamo” “Qarabağ”la oyun üçün Bakıya gəldi
10:50 12.08.2026
Futbol
Naxçıvanın inkişafı üçün 258 milyon manat ayrıldı
10:22 12.08.2026
Gündəm
İlon Mask Böyük Britaniyanı almağın qiymətini soruşub
10:20 12.08.2026
Dünya
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət