Ermənistanın Tərtərə raket atmasından və 16 yaşlı gəncin ölümündən iki il keçir - VİDEO
Ermənistanın Tərtərə raket atmasından və 16 yaşlı gəncin ölümündən iki il keçir - VİDEO
Yusif Nəzərli
07:14 24.10.2022
Cəmiyyət
462
Ermənistanın silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Tərtərdə dinc əhaliyə qarşı törətdikləri terror aktından iki il keçir.
Oxu.Az xəbər verir ki, 2020-ci il oktyabrın 24-də səhər saat 10:00 radələrində erməni hərbçiləri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılıb.
Raket kənddəki meyvə bağına düşüb. Hadisə nəticəsində bağda xurma dərən 2004-cü il təvəllüdlü, 10-cu sinif şagirdi İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.
Ermənilərin məqsədinin dinc azərbaycanlı əhalini qorxutmaq olsa da, onlar buna nail ola bilməyiblər. Atılan raket ətrafda ciddi dağıntılara səbəb olub.
Hadisə nəticəsində həlak olan məktəblinin valideynləri mətbuata açıqlamalarında bildiriblər ki, Orxan Vətən müharibəsi başlayandan kəndlərində şəhid olmasın deyə dua edib. Hətta anasına deyib ki, əhd etmişəm ki, 44 günlük Vətən müharibəsi bitənə qədər bizim kənddən şəhid olmasa, cib xərcliyimi sənə verəcəyəm, onunla ərzaq alıb halva bişirərsən, kənd sakinlərinə paylayaram.
Çox təəssüf olsun ki, Orxan özü həmin kəndin şəhidi oldu...
AzTV həmin hadisənin ikinci ili ilə bağlı Tərtərin Kəbirli kəndindən reportaj hazırlayıb:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə