“Gənclər üçün narkomaniyaya və tütünə yox deyək!” - Növbəti seminar + Foto
Yusif Nəzərli
15:26 12.11.2022
Cəmiyyət
380
“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclər üçün narkomaniyaya və tütünə yox deyək!” maarifləndirmə kampaniyalarının aparılması”layihəsi istiqamətində növbəti seminarını Şirvan və İmişli şəhərində keçirib.Ümumilikdə Füzuli,Beyləqan,Biləsuvar,Şirvan və İmişli rayonları olmaqla ölkənin 5 rayonunu əhatə edən layihədə 500 nəfərə yaxın gənc iştirak etmiş,layihə üzrə ekspertlər,yerli icra hakimiyyətinin məsul şəxsləri iştirakçılar qarşısında çıxışlar etmişlər və bildirmişlər ki,müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və tütün aludəçiliyidir. Narkomaniya və tütün təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də iqtisadi durumuna ciddi zərbə vurur. Cinayətkarlığın artmasına və mütəşəkkilləşməsinə yol açır.
Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan (xüsusilə gənclər) bu bəladan əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmağa doğru gedir.Baxmayaraq son illərdə ölkəmizin güc strukturları,xüsusilə DİN tərəfindən narkomaniyaya qarşı ciddi tədbirlər görülür.Lakin təəssüflə qeyd etməlikik ki, problem ölkəmizdə də genişlənir və narkomaniya ilə mübarizə dövlətimizlə yanaşı vətəndaş cəmiyyəti institutlarının əsas prioritet vəzifələrindən biri olmalıdır.
Maraqla qarşılanan seminarların gələcəkdə digər bölgələrdə də həyata keçirilməsi məqsədə uyğun olduğu bildirilmişdir.
“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin mətbuat xidməti
Mətbuat Xidməti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm