Göyçə mahalının Kəsəmən kənd əhalisi ilə görüş olub
10:26 06.05.2024
Cəmiyyət
920
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının yaranmasını qeyd etdi. Qərbi azərbaycanlılar heç zaman öz doğma torpaqlarını unutmamışlar. Böyük Azərbaycan xalqının bir hissəsi olaraq biz öz kiçik vətənimizin həsrətini həmişə çəkmişik. 44 günlük müharibəninqələbə qazanması bizləri daha da ruhlandırdı.
May ayının 4-də Göyçə mahalının Basarkeçər rayonu Kəsəmən kənd əhalisi ilə görüşü oldu. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Kəsəmən kənd sakini Nəvai Qurbanovun icma sədri kimi fəaliyyət göstərməsini kənd əhalisi yekdilliklə qəbul etdi. Daha sonra icma sədri Nəvai Qurbanov görəcəklərin işlərin fəaliyyət planları haqda bəhs edərək struktur haqda məlumat verdi.
Tədbirdə Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, kənd ağsaqqallar şurasının sədri Məhəmməd Bayramov, regionlar üzrə nümayəndə seçilən Qeys Həsənov və qonşu kənd icma sədrlərinin çıxışları dinlənildi.
Vətən təəssübü, yurd ağrısı, yurd itkisi ilə məclisə gələn kənd ziyalıları, gənclər kövrək duyğuları ilə məclisi davam etdirdilər.
Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması uğrunda Kəsəmən camaatından icmaya öz dəstəklərini ifadə etməsi və təşkilatın ətrafında sıx birləşməsini yüksək dəyərləndirdi.
Bildirdi ki, nəyi necə, nə zaman etməli olduğunu yaxşı bilən dövlət başçısı İlham Əliyev indiyə qədər xalqına verdiyi bütün vədləri yerinə yetirib və tarixi torpaqlarımıza dinc şəkildə qayıdışımızın təmin olunması ilə bağlı səsləndirilən fikirlər, verilən vədlər də mütləq həyatda öz təsdiqini tapacaq.
Görüşün sonunda Almaz Ulvi və Həqiqət Binnətovanın Kəsəmən kənd icmasının dəstəyi ilə nəşr olunmuş “Qarabağ uğrunda dastan yazan Göyçə Mahalı Kəsəmən kəndinin igidləri” adlı kitabının təqdimatı keçirildi. Kəsəmən kənd igidlərinin 44 günlük müharibəsində şəhid olmuş və döyüşmüş igidləri haqqında yazılmış kitab gənc döyüşçülərə müəllifin imzası ilə təqdim etdi.
Tədbiri təşkil edən kənd icması sədri Nəvai Qurbanov, I Qarabağ müharibəsinin qəhrəman döyüşçülərindən biri, kənd sakini Yəhya Abbasov və zəhməti çox olan Şirxan Abbasova dərin minnətdarlıq hamının qəlbindən keçən istək idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya