Gözəllik üçün canlarına qıyırlar – Plastik əməliyyatın ağır fəsadları
Fidan Həmişəyeva
15:14 13.09.2019
Cəmiyyət
1621
Adil Qeybulla: “Ölkəmizdə estetik əməliyyat az qala dəb yarışına çevrilib. Təbii ki, estetik əməliyyatlar kütləvi hal alanda fəsadların da olması qaçılmazdır”
Plastik əməliyyat etdirənlərin sayı getdikcə artır. Təbii ki, daha çox qadınlar bu əməliyyatlara üz tuturlar. Onların bir qismi gözəl görünmək, digərləri isə komplekslərdən xilas olmaq üçün bu yola əl atır.
Lakin kompleksdən xilas olmaq istəyərkən uğursuz əməliyyat keçirənlərin sonra yaşadığı fəsadlar daha böyük problemlərə yol açır. Əvvəllər daha az adam buna meyl edirdisə, hazırda “gözəllik qurban tələb edir” deyib, gözəllik üçün canlarını qurban verirlər. Dəfələrlə şahidi olmuşuq ki, gözəlləşmək üçün bıçaq altına yatan xanımlar sonra böyük faciələrlə üzləşirlər. Uğursuz əməliyyat əksinə onların pis görünüşə sahib olmasına səbəb olur.
Plastik əməliyyatların fəsadları ilə bağlı “Sherg.az”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bu cür əməliyyatlar xəstənin öz arzusu ilə həyata keçirilir.
Professorun qənaətincə, heç kəs bu əməliyyata görə, məsuliyyət daşımır:
“Xarici ölkələrdə də xəstələr öz istəkləri ilə estetik əməliyyat olunurlar. Estetik əməliyyat funksional xarakter daşıyırsa, xəstə icbari tibbi sığorta çərçivəsində əməliyyat oluna bilər. Amma qalan situasiyalarda bu əməliyyat xəstənin öz vəsaiti hesabına fərdi şəkildə həyata keçirilir. Estetik əməliyyatların düzgün aparılmasına gəlincə isə buna müvafiq komissiya və mütəxəssislər nəzarət etməlidir.
Çünki hər bir estetik əməliyyatın öz standartları var. Həmin standarta uyğun olaraq əməliyyat aparılır. Xəstə nəticədən razı da qala bilər və ya əksinə şikayət də edə bilər. Lakin müvafiq komissiya əməliyyatın estetik parametrlərə uyğun aparılmasını müəyyən edir”.
Həkim bildirib ki, bütün əməliyyatlarda olduğu kimi estetik əməliyyatlarda da ağırlaşma olur:
“Əvvəlcədən xəstəyə izah olunur, bəzi məqamlar onun diqqətinə çatdırılır. Xarici ölkələrdə estetik əməliyyatlara girən xəstələrlə mütləq psixoloqlar məşğul olur. Onlar əməliyyatın nə dərəcədə zəruri olduğunu xəstələrə başa salırlar. Bizdə isə belə deyil. Ölkəmizdə estetik əməliyyat az qala dəb yarışına çevrilib. Təbii ki, estetik əməliyyatlar kütləvi hal alanda fəsadların da olması qaçılmazdır. Əlbəttə, bu gün estetik əməliyyatlar reklam bazarında çox şişirdilmiş şəkildə ayrı- ayrı mütəxəssislər tərəfindən aparılır.
Bəzən isə nəticə xəstəni qane etmir. Ümumiyyətlə, xəstələr diqqətli olmalıdırlar. Reklama uymamalı, mütəxəssisin sertifikatını, doğrudan da bu işlə məşğul olduğunu araşdırmalıdırlar. Səhiyyə Nazirliyi və digər qurumlar daha çox insanların sağlamlıqları ilə bağlı olan xəstəliklərlə məşğuldurlar. Estetik əməliyyatlar xəstənin öz arzusu ilə həyata keçirildiyi üçün burada daha çox pasiyent diqqətli olmalıdır. Onlar istər ciblərini, istərsə də ola biləcək fəsadları gözə almalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya