Həkim koronavirusun yeni növündən DANIŞDI: “Fərqli klinik göstəricilər...”
Banuçiçək Kalbalıyeva
12:51 28.07.2020
Cəmiyyət
944
“Qorxulusu odur ki, viruslar mutasiyaya uğrayanda orqanizm üçün daha təhlükəli xarakter daşıyır”
Viyetnamın Da Nanq şəhərində və ətraf ərazilərində son günlər qeydə alınan koronavirusa dörd yoluxma halı xəstəliyin daha əvvəl rast gəlinməmiş yeni formasıdır.
Bu barədə hökumətdən bildiriblər. Belə ki, aparılan tədqiqatlara əsasən, virusun yeni növü daha fəaldır, daha sürətlə çoxalır, xəstələrin daha tez ağır vəziyyətə düşməsinə səbəb olur. Ölkənin Səhiyyə Nazirliyinə görə, yeni tipli virusun peyda olması qanunsuz miqrantlardan, yaxud xəstəxanalardan birində virusun mutasiyası ilə bağlı ola bilər.
Bu barədə “Sherg.az”a fikirlərini bildirən həkim-infeksionist Natiq Əliyev təhlükənin daha daha böyüyəcəyini istisna etmir:
“COVİD-19-un daxil olduğu virus ailəsi mutasiyaya uğramağa daha çox meyillidir. Biz bunu Sars, Mers kimi viruslarda da görüşmüşük. Qorxulusu odur ki, viruslar mutasiyaya uğrayanda orqanizm üçün daha təhlükəli xarakter daşıyır. Amma indiki halda qəti danışmaq çətindir. Bunun virusun mutasiyaya uğramış növü, ya da eyni növün fərqli klinik göstəricilərlə müşahidə edilən ayrıca versiyası olduğunu tədqiqatlardan sonra demək olar. İstənilən halda, təhlükə var və daha da arta bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya