Həkimdən şad xəbər: “Növbəti karantin rejiminə ehtiyac qalmayacaq”
Banuçiçək Kalbalıyeva
10:41 21.07.2020
Cəmiyyət
982
“Çünki insanlar tibbi maska taxmağa, sosial məsafə qorumağa vərdiş ediblər”
“Yəni qaydaları gözləmək üçün xüsusi rejimin lazım olmadığı qənaətindəyəm”
Məlum olduğu kimi, karantin rejiminin yenidən uzadılması ilə əlaqədər hələ ən azı sentyabradək tibbi maskada gəzməli, sosial məsafəni qorumalıyıq. Əslində əlimizdən bundan başqa heç nə gəlmir.
Bir də Allaha dua edir, əvvəlki həyatımıza qayıdacağımızı həsrətlə gözləyirik...
Mütəxəssislər karantin rejiminin davam etməsini məqsədəuyğun hesab edirlər. Həkim-ginekoloq Fəxranə Hüseynzadə “Sherg.az”a bildirib ki, vəziyyətin yenidən pisləşməsi istisna deyil:
“Əlbəttə, ən doğru qərarı TƏBİB bilir. Bu günə olan statistika qənaətbəxşdir. Amma şəhidlərimiz üçün keçirilən yürüşün təbii artımla nəticələnməsi mümkündür. Yəqin, bir həftədən, on gündən sonra bunu daha dəqiq biləcəyik”.
Onun fikrincə, karantinin uzadılması müsbət effekt verəcək:
“Biz sonuncu karantin rejiminin nəticəsini gördük. Yoluxanların sayı xeyli azaldı. Həmin məntiqlə avqustdan sonra yoluxma sayının daha da azalacağını söyləmək olar. Əlbəttə, karantin heç kim üçün xoş deyil.
Çətindir, ancaq məcburuq. Düşünürəm ki, növbəti karantin rejiminə ehtiyac qalmayacaq. Çünki insanlar tibbi maska taxmağa, sosial məsafə qorumağa vərdiş ediblər.
Yəni qaydaları gözləmək üçün xüsusi rejimin lazım olmadığı qənaətindəyəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat