İcbari tibbi sığorta Bakı və Sumqayıta şamil edilməyəcək? - Rəsmi AÇIQLAMA
11:58 13.11.2019
Cəmiyyət
677
Bəzi iddialara görə, əhalinin böyük həyəcanla gözlədiyi və ölkə üzrə 2020-ci il 1 yanvardan tətbiqi nəzərdə tutulan icbari tibbi sığorta Bakı və Sumqayıt şəhərlərinə hələlik şamil edilməyəcək. Həmçinin qeyd edilir ki, növbəti ilin ilk ayından etibarən işləyən vətəndaşların hər birinin əməkhaqqından 10 manat tutulacaq.
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığorta 2020-ci il 1 yanvardan etibarən bütün ölkə üzrə tətbiq ediləcək:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 20 dekabr 2018-ci il tarixli 418 №-li Fərmanına əsasən 1 yanvar 2020-ci ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq.
Bu məqsədlə 28 dekabr 2018-ci il tarixində icbari tibbi sığortanın ölkə üzrə tətbiqinə şərait yaradan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun qəbul edilib”.
Rəsmi məlumata görə, təqvim ili üçün adambaşına 120 manat ödəməklə icbari tibbi sığorta münasibətləri çərçivəsində tibbi xidmətlərdən istifadə edilir:
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-10.1.2.1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən, işləyən şəxslərə münasibətdə sığortalı tərəfindən-hesablanmış əməyin ödənişi fondunun 2 faizi tutulacaq. Sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi ödənilməklə, həmin qanunun 15-10.1.2.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və qeyd edilən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən təqvim ili üçün adambaşına 120 manat ödəməklə icbari tibbi sığorta münasibətləri çərçivəsində tibbi xidmətlərdən istifadə edilir”.
Həmçinin bildirilib ki, Qanununun 15-11.2-ci maddəsinə əsasən, sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq göstərilən ilkin səhiyyə xidməti, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidməti, o cümlədən aşağıda göstərilən kateqoriyalara daxil olan şəxslər üçün sığorta haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
- “Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsi və ya Mülki Məcəlləyə uyğun olaraq mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda:
- Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşınadək şəxslər;
- peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları;
- “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;
- “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər;
- “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
- ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonra 42 gün müddətində qadınlar;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm
Özbəkistan Məkkəyə hücumla bağlı bəyanat verdi
18:10 17.09.2026
Gündəm