İcbari tibbi sığorta haqlarının məbləği təsdiq edildi- RƏQƏMLƏR
Ayyət Əhməd
09:36 29.11.2019
Cəmiyyət
514
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, icbari tibbi sığorta haqları aşağıdakı kimidir:
neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;
Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi;
Bu Qanunun 15-2.5-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən - bu Qanunun 15-2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə təqvim ili üçün adambaşına 90 manat;
Bu Qanunun 15-2.3.4-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - minimum aylıq əməkhaqqının 4 faizi;
Bu Qanunun 15-2.3.5-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;
Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə - 2023-cü ildən etibarən minimum aylıq əməkhaqqının 48 faizi.
Dəyişikliklər Milli Məclisdə müzakirə olunub və II oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya